Divergensiya

Divergensiyamakrotəkamüldə mühüm rol oynayan və həyat şəraitinin dəyişilməsi nəticəsində növ daxilində əlamətin ayrı-ayrı şaxələrə parçalanması.[1]

Divergensiya zamanı növlər arasında olan seçmə istiqaməti getdikcə dərinləşir. Ancaq, bununla yanaşı divergensiya edən növlərdə onların quruluşu və bəzi əlamətləri saxlanılır. Qeyd edək ki, divergensiya təkcə növ daxilində baş vermir, cins, fəsilə, dəstə və s. kimi səviyyələrdə də baş verə bilir. Misal olaraq Qalapaqos adalarında yaşayan, lakin ümumi əcdaddan olmasına baxmayaraq birbirindən morfofizioloji (məsələn, dimdiklərinə görə) xüsusiyyətlərinə görə fərqlənən birəbitdən növlərini göstərmək olar. Ən əsası ondadır ki,bu proses qohum olan növlərdə homoloji (yun. homo-eyni,bərabər) orqanların əmələ gəlməsi ilə nəticələnir.

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 7-ci cild: Dərman  Enoftalm (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2016. səh. Divergensiya. ISBN 978-9952-441-12-3.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.