Diu döyüşü (1509)

Diu döyüşü — 3 fevral 1509-cu ildə Ərəb dənizində Osmanlı İmperiyası və Portuqaliya İmperiyası arasında baş vermiş dəniz döyüşüdür. Döyüş Hindistanın Diu portu yaxınlığında baş vermişdir. Bu döyüşdə Osmanlı ordusu tərəfdən həmçinin onun müttəfiqləri olan Qucarat Sultanı, Misir Məmlükü və Venesiya Respublikası döyüşüb. Döyüş Portuqaliya donanmasının qələbəsi ilə başa çatdı. Bu hadisə Asiya qitəsində müstəmləkə dövrünün başlanğıcı ilə yanaşı, müsəlman-xristian qarşıdurmasının Hind okeanı regionuna yayılmasının başlanğıcı da hesab olunur.

Diu döyüşü
Tarix 3 fevral 1509
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Döyüşün səbəbləri

    1498-ci ildə Vasko da Qamanın Hindistana dəniz yolu ilə gəlişindən sonra portuqaliyalılar Kojikode şəhərini ələ keçirməyə keçirməyə çalışırdı. Kojikodenin şimalındakı Qucarat vilayəti isə portuqallar üçün daha vacib idi, çünki bu şəhər çox vacib ticarət əhəmiyyətinə malik idi. Bundan başqa qucaratlılar ticarətdə çox böyük rola malik idilər. Onlar bahalı ədviyyatları Malokkodan, ipəyi isə Çindən alaraq onları avropalılara deyil, ərəblərə və türklərə satırdılar, onlar isə öz növbəsində bu məhsulları çox baha qiymətə Avropaya sataraq çox böyük gəlir əldə edirdilər. Qucaratın ələ keçirilməsi Portuqal İmperiyasının çox gəlirli olan bu ticarəti tamamilə ələ keçirməsi demək idi.

    Artıq 1505-ci ildə Portuqaliya kralı öz köməkçisi olan Fransisko de Almeydanı 21 gəmidən ibarət olan donanma ilə birlikdə Hind Okeanına göndərir. De Almeydanın vəzifəsi Şərqi Afrika və Hindistanda Portuqaliyaya üçün müstəmləkələr ələ keçirmək idi. Daha sonra 1507-ci ildə portuqallar Afonso de Albukerkinin rəhbərliyi altında Hind Okeanında yerləşən Sokotra adasının tutdular, bundan az sonra isə Fars körfəzidə Səfəvilər dövlətinə məxsus olan Hörmüzü ələ keçirərək, Səfəvilərin Hind Okeanına çıxış yolunu bağladılar.

    İstinadlar

      This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.