Diter Bolen
Diter Bolen (alm. Dieter Günter Bohlen, 7 fevral 1954[1][2][…]) – Alman pop ifaçı[3], Modern Talking duetinin iştirakçısı.
Diter Bolen | |
---|---|
alm. Dieter Bohlen | |
Ümumi məlumatlar | |
Doğum adı | Dieter Günther Bohlen |
Ləqəbi | Pop titanı |
Doğum tarixi | 7 fevral 1954[1][2][…] (70 yaş) |
Vətəndaşlığı | |
Uşaqları | 6 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | mahnı müəllifi[d], gitaraçı, müğənni, musiqi prodüseri |
Fəaliyyət illəri | 1978-ci ildən |
Janrlar |
Sinti pop Avrodisko Pop |
Musiqi alətləri | elektrogitara, gitara, piano |
Səs tembri | tenor |
Albom şirkətləri | BMG, Hansa |
Təhsili |
|
Üzvlüyü | |
dieter-bohlen.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Diter Bolen 1954-cü ildə Almaniyada Hamburq şəhərində anadan olmuşdur. 1978-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. İqtisadiyat üzrə diplom qazanır. Diter müxtəlif qqruplara prodüserlik edir. 1984-cü ildə Diter Bolenin Tomas Anders ilə əmdaşlığı nəticəsində məşhur Modern Talking (səslənməsi:"Modern Tokinq") qrupu yaranır. 1986-cı ildə onlar arasında mübahisə yaranır. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasınd əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi. Bu hadisədən sonra "Modern Talking" qrupu iki il, kontraktın bitməsinə qədər fəaliyyət göstərir. Nəhayət, qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar.
Qrup dağılan zaman Diter Tomas Andersə bir neçə milyon verməyə məcbur olur. Qrup dağıldıqdan sonra Diter Bolen C.C.Catch ilə əməkdaşlıq edir. Lakin onlar arasında mübahisə yaranır. Mübahisənin səbəbi isə Karolinanın öünün musiqi yazmaq istəməsi idi. Əməkdaşlıq pozulan zaman Karolina Diterə bir neçə milyon verir. 1988-ci ildə Diter Bolen Blue System qrupunu yaradır. Qrup elədə populyarlıq qazanmır. 1998-ci ildə Diter Bolen ilə Tomas Anders yenidən Moder Talking qrupunu yaradırlar. Qrup populyarlıq qazanır. Lakin 2003-cü ildə tərəflərin razılaşmaları ilə musiqi qrupu dağılır. Səbəb isə Tomas Andersin ondan icazə almadan Karolina ilə müxtəlif ölkələrdə konsert verməsi və pulların çoxunu özünə götürməsi idi. Buna baxmayaraq onlar yenə də dost kimi qalırlar. Diter Bolen niderland qrupu VideoKids qrupu, Kris Norman, C.C.Catch, Bonni Tayler, Sandra Kretu və digər məşhur ifaçılarla əməkdaşlıq etmişdir.
İstinadlar
- Dieter Bohlen // filmportal.de. 2005.
- Dieter Bohlen // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Spiegel (in German): Naddel ungelogen: "Beim letzten Stoß hat es knack gemacht", September 4, 2003