Disney's Aladdin in Nasira’s Revenge
Disney's Aladdin in Nasira’s Revenge — Böyük Britaniyanın videooyun şirkəti olan "Argonaut Games" tərəfindən 2000-ci ildə yaradılan macəra oyunudur.
Disney's Aladdin in Nasira’s Revenge | |
---|---|
Hazırlayan | Argonaut Games |
Yayımlayan |
Disney Interactive Sony Computer Entertainment |
Anons tarixi | Argonaut Games 2000 |
Buraxılış tarixi | 1 dekabr 2000[1] |
Janrlar | Action-adventure |
Bəstəkarlar | Rob Lord |
Texniki məlumat | |
Platformalar |
PlayStation Windows |
Oyun rejimi | birnəfərli oyun |
Daşıyıcı | CD-ROM |
İdarəetmə | geympad |
Hekayə
Əfsanəvi şəhər olan Aqraba təhlükə içərisindədir. Qəddar cadugərd Nəzirə qardaşı vəzir Cəfərin intiqamını almaq istəyir. Nəzirə Aqraba şəhərinin adamlarını tilsimə salaraq bütün saray əhlini özünə tabe etmişdir. Saray keşikçiləri Jasmin və Sultanı qaçırırlar. Nəzirə qədim əmanətləri toplayaraq Cəfəri diriltmək və dünyanı ələ keçirmək niyyətindədir. Bu səbəbdən Ələddin əvvəlcə həmin əmanətləri tapmalı və sonra Cəfərin dirilməsinə mane olmalıdır. Bunun Ələddin, Cin, Sehirli Xalça və Abu birlikdə macəralara yollanmalıdırlar. Ələddin dostlarının köməyi sayəsində bütün bu çətinliklərin üstəsindən gələrək Cəfərə qalib gəlir. Sonda Ələddin və Jasmin bir-birlərinə qovuşurlar.
İstinadlar
- "Disney's Aladdin in Nasira's Revenge Information for PlayStation". GameFAQs. 2013-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-17.