Disney’s Aladdin (Capcom)

Disney’s Aladdin (Capcom) - "Capcom" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunudur.[1][2]

Disney’s Aladdin (Capcom)
Hazırlayan Capcom
Yayımlayan Capcom
Distribüterlər Capcom
Anons tarixi 1993-cü il
Buraxılış tarixi 1993-cü il
Janrlar Action-adventure
Bəstəkarlar Yuki İvai
Yuko Takehara
Setsuo Yamamoto
Texniki məlumat
Platformalar Sega
Super Nintendo Entertainment System
Game Boy Advance
Oyun rejimi birnəfərli oyun
İdarəetmə geympad

Məzmun

Videooyunun süjeti cizgi filminin hekayəsinə yaxındır. Küçə oğrularından biri olan Ələddin sehrli çıraq tapır və bu çıraqda üç arzunu yerinə yetirən Cin vardır. Şahzadə Jasminə vurulmuş Ələddin Cindən onu şahzadəyə döndürməsini istəyir və arzusuna nail olur. Lakin Aqrabah Sultanının qəddar vəziri Cəfər, onun taxt-tacına sahib olmaq üçün müxtəlif hiylələrə əl atır. Cəfər Sultanın taxtını ələ keçirdikdən sonra Jasmini əsir edir və sehrli çırağa sahib olur. Bu səbəbdən Ələddin Abu və sehrli xalçanın köməyi ilə Aqrabahı bu fəlakətdən xilas etməyə qərar verir. Ələddin müxtəlif macəralardan keçəndən sonra Cəfərlə döyüşür və ona qalib gəlir. Sonda Ələddin Jasmini xilas edir və Aqrabahda əvvəlki kimi mehribanlıq olur.

Raundlar

RaundlarAdTərcümə
1Agrabah Marketazərb. Aqrabah bazarı
2Cave of Wondersazərb. Möcüzələr mağarası
3Escape from the Cave of Wondersazərb. Möcüzələr mağarasından qaçış
4Inside Genie's Lampazərb. Sehrli çırağın içində
5Ancient Pyramidazərb. Qədim Piramida
6Magic Carpet Rideazərb. Xalça-samolyotunda uçuş
7Jafar's Palaceazərb. Cəfərin sarayı
8The Final Battleazərb. Final döyüşü

İstinadlar

  1. Brett Alan Weiss. "Disney's Aladdin". Allgame. November 14, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 12, 2014.
  2. Jeff Gerstmann. "Disney's Aladdin E3 2003 Preshow Report". GameSpot. May 12, 2003. February 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2014.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.