Diridağ (Cəbrayıl)

DiridağCəbrayıl rayonu ərazisində dağ.

Diridağ

Haqqında

Diridağ kəndi - Araz çayının sahilindədir. Dağda Diri kəndinin və qalasının xarabalıqları qalır. Yerli əhalinin məlumatına görə, XVIII-XIX əsrlərdə Diri kəndinin əhalisi Cənubi Azərbaycanın Qaradağ mahalına köçmüşdür. Lakin sonralar onların bir qismi geri qayıdaraq indiki Zəngilan rayonu ərazisində Dirili adlı yaşayış məntəqəsinin əsasını qoymuşdur. Hazırda həmin kənd Muğanlı kəndinə birləşmişdir. Tədqiqatçıların fikrincə, toponim özündə Qafqaz Albaniyasında erkən orta əsrlərdə mövcud olmuş Tri əyalətinin və eyniadlı qalanın, yaxud monastırın adını əks etdirir. Zəngilan rayonunda, Oxçu çayının Araza töküldüyü yerdə Tiri adlı qala var. Sonralar burada salınmış kənd də qalanın adı ilə adlandırılmışdır. XIX əsrə aid mənbələrdə həmin kənd Diri kimi qeydə alınmıĢdır. Tri, Tiri və Diri toponimləri eyni mənşəlidir. Suriya dilindəki deyrə (kilsə, monastır; Albaniyada xristianlığı da suriyalı legionerlər yaymışdılar) sözündən olması ehtimal olunur. Mərəzə rayonu ərazisində Diribaba türbəsi mövcuddur. Şirvan-Abşeron memarlığına aid edilən türbə Diribaba piri də adlanır. Türbə 1402-ci ildə mağarada əhəngdaşından tikilmişdir. Xalqın arasında bu türbə ilə bağlı müxtəlif rəvayətlər vardır. Diridağ və Diribaba oronimləri sinonim toponimlərdir.

Mənbə

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.