Dirəcrud nahiyəsi

Dirəcrud mahalı — XIV əsr-1990 inzibati nahiyə. Təbriznın bölgələrindən biri.

Tarixi

1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Təbriz sancağı nahiyəsi

1724-ci ilin icmal dəftərinə görə Təbriz əyalətinə tabe olan Təbriz livası Səracu nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Mərkəzi Dirəcrud şəhəridir.

Əhalisi

Ağacəri: Qaraqoyunlu ulusuna bağlı olan Ağacərilər, Maraş bölgəsindəki ormanlarda yaşarkən, 15-ci yüzildə Qaraqoyunlu oymaqlarıyla birlikdə Azərbaycana köç etdilər. Bunlar, 1727-də Ərdəbilin Həştərud, Marağanın Səracu, İrəvanın Gərni, Təbrizin Səidabad ilə Dirəcrud nahiyələrində öz adlarını daşıyan kəndlərdə məskun idilər.[1][2]

Dirəçilər (Dəriçilər): 1727-ci il etibarilə Marağa (Qavdan nahiyəsi) və Təbriz (Sərdsəhra, Xıtay, Dehxarqan, Dirəcrud və Mehranərud nahiyələri) yörələrində təsadüf edilən bu oymaq, Anadoludakı Atçəkənlərə bənzər, dəriçiliklə məşğul olan bir məslək təşəkkülü olaraq görünməkdədir.

Dirəçi tayfasına bağlı oymaqlar: Aqça, Qasım, Məkin və digər Qasım (Qavdan), Dəbbağan və Əmir (Sərdsəhra), Məlik (Xıtay), Hacılu, İmani, Mirzə (Dehxarqan), Həmzə, Həsənbəg, İskəndər, Kəbir, Nəbarbəg (Dirəcrud), Dirəçi, İskəndərdir (Mehranərud).[3]

Mənbə


İstinadlar

  1. Ali Sinan Bilgili ― «Azerbaycan Türkmenleri Tarihi»
  2. "Arxivlənmiş surət". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  3. "Arxivlənmiş surət". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.