Diponeqoro
Diponeqoro (Diponegoro, Dipancgara, ind. Pangeran Diponegoro; 11 noyabr 1785, Cokyakarta sultanlığı[d] – 8 yanvar 1855[1][2], Makasar[3]) - Hollandiya müstəmləkəçilərinə qarşı Yava üsyanının (1825-1880) rəhbəri; İndoneziyanın milli qəhrəmanı. Cokyakarta sultanı Carotun (IV Xamenqku Buvono) böyük qardaşı, vəhhabiliyin və sufizmin tərəfdarı.
Diponeqoro | |
---|---|
ind. Pangeran Diponegoro | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 noyabr 1785 |
Doğum yeri |
|
Vəfat tarixi | 8 yanvar 1855[1][2] (69 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | İndoneziya |
Hərbi fəaliyyəti | |
Təltifləri | İndoneziyanın milli qəhrəmanı |
Ümumi məlumat
10 noyabr 1785-ci ildə Yava adasında anadan olmuşdur (Cokyakarta sultanılığı) [4]. Atası III Hamenqkubuvono Cokyakarta sultanı idi. Ailənin böyük oğlu idi. Atasının ölümündən sonra Diponeqoro hollandların təziqi ilə taxtdan imtina etmş. Diponeqoronun Hollandiya rezidenti ilə münasibətləri vəfat etmiş qardaşının azyaşlı oğlu Menolun (V Xamenqku Buvono) qəyyumu olmaqdan imtina etməsindən sonra kəskinləşmişdi. Onun qəyyumluqdan imtina etməsi, ehtimal ki, taxta öz iddiasını irəli sürməsi ilə əlaqədar idi. Hollandiyanın müstəmləkə idarəsi tərəfindən sıxışdırılması, o cümlədən administrasiyanın Diponeqoronun əcdadlarının məzarı yerləşən torpaqlardan yol çəkmək planları onu islamı müdafiə şüarı ilə hollandlara qarşı mübarizəyə (cihad) vadar etdi. Üsyan hüquqları məhdudlaşdırılan Yava ali əyanlarının narazılıqlarını, sadə insanların müstəmləkə hökumətinə, vergilərə, hollandların Yava icmasının ənənəvi həyat tərzini dəyişmək cəhdlərinə qarşı etirazlarını əks etdirirdi. Bir çox döyüşlərdə Diponeqoro böyük igidlik göstərmiş, istedadlı sərkərdə kimi haminin sevimlisinə çevrilmişdir. Döyüşlər zamanı üsyançılar böyük uğur qazandılar. Yavanın mərkəzini və Cokyakarta sultanılığını azad etdilər. Hollandiyalı bu müqavimətə cavab vermək iqtidarında deyildi və yetərincə böyük itkilər verdilər. Az sonra üsyançılara dəstək azaldı və əks tərəf tədricən qüvvə toplamağa başladı. Hollandiyalılar artıq Sualvesidən böyük dəstək aldılar. 1825-ci il 25 sentyabrda hollandlar üsyançılarının müqavimətini qıra bildilər. Təşkilatçılıq və hərbi qabiliyyətinə baxmayaraq Diponeqoro üsyanın gedişində ardıcıl hərəkət etmədi və tərəfdarlarını qoruyub saxlaya bilmədi[5]. 1830-cu ilin martında Diponeqoro hollandlarla danışıqlara gedərək özünün Yava müsəlmanlarının lideri və sultan kimi tanınmasına israr etdi. Müstəmləkə hökuməti bu tələbləri qəbul etmədi və Diponeqoronu Sulavesi adasına sürgünə göndərdi. Diponeqoronun sürgündə yazdığı Yava üsyanı tarixinin bir hissəsi sonralar nəşr olundu.[4] 8 yanvar 1855-ci ildə Sulavesi adasında, Makasar (Ucunqpandanq) şəhərində vəfat etmişdir.
Xatirəsi
Diponeqoronun şərəfinə Cokyakartanın mərkəzi küçələrindən birinin adı verilmiş. Mərkəzi Yavada IV hərbi dairənin adı onun adınadır. 1965-ci ildən Cokyakartanın əsas küçələrindən birində Diponeqoronun heykəli ucalır. Heykəltəraş Kalbertado. Semaranq şəhərində Diponeqoronun adına universitet fəaliyyət göstərir.
İstinadlar
- https://www.viva.co.id/berita/nasional/941830-kisah-pangeran-diponegoro-memendam-impian-haji-sampai-mati.
- Pangeran Dipo Negoro // Encyclopædia Britannica (ing.).
- Дипонегоро // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Общая редакция М. Колесников. Серия «Жизнь замечательных людей» Дипонегоро. — Москва: Молодая гвардия, 1962. — С. 5-205.
- Diponegoro // Погадаев В. Малайский мир (Бруней, Индонезия, Малайзия, Сингапур). Лингвострановедческий словарь. — М.: «Восточная книга», 2012. — С. 174.