Diplomatik İnqilab

Diplomatik İnqilab — 1756-cı ildə, Avropada o vaxta qədərki ittifaqların dağılaraq yenilərinin qurulması hadisəsi.

Diplomatik İnqilabdan sonra Avropada ittifaqlar

Düşmənliklər

İngiltərə- Fransa

İngiltərəFransa düşmənçiliyinin kökləri orta əsrlərə qədər gedib çıxır. XVIII əsrə gəlindiyində başda Amerika olmaq üzrə bir çox qitələrdə müstəmləkəçilik uğrunda yarışa başlayan bu iki ölkə arasında dəniz müharibələri baş verirdi, bu da qitədəki diplomatiyaya təsir edirdi.

Avstriya-Prussiya

Avstriya parçalanmış halda olan alman dövlətlərini əlinin altında tutmağa çalışırdı və bunun üçün tarixi haqlarından istifadə edirdi. Yeni-yeni böyüməkdə olan Prussiya isə kiçik dövlətləri tutaraq Avstriyanın dominantlığını təhdid edirdi. Bu iki dövlətin mənafeləri Sileziyada toqquşanda isə diplomatiya çıxılmaz vəziyyətdə qaldı.

Köhnə ittifaqlar

İngiltərə — Avstriya

İngiltərənin quru qoşunları Fransa ilə başa çıxa bilməzdi. Buna görə də İngiltərə qitədə böyük bir hərbi gücə sahib olan Avstriya ilə yaxınlaşdı. Avstriya bütün hərbi qüvvəsini Prussiya sərhədinə yığa bilmirdi, çünki qərbində Fransa təhdidi vardı. Fransa ilə Osmanlı arasındakı ittifaq da Osmanlının düşməni olan Avstriyanı sıxışdırmaqda idi. Buna gördə də Avstriya, Fransanın diqqətini başqa yönə çəkməkdə olan İngiltərə ilə ittifaqa girdi.

Fransa — Prussiya

Fransa, xüsusilə Şimali İtaliyada Avstriya ilə rəqabət aparırdı. Prussiyanın Avstriya üçün böyük bir təhdid olması Fransanın diqqətini cəlb etdi və Prussiya ilə yaxınlaşdı. Prussiyanın isə Avstriya tərəfindən boğulmamaq üçün güclü bir müttəfiqə ehtiyacı vardı və Avropanın ən güclü quru qoşunlarına sahib olan Fransa ilə iş birliyini qəbul etdi.

Siyasətlərdə dəyişiklik

Avstriya taxtı uğrunda müharibədə Prussiyanın gözlənilməyən yüksəlişi hadisələrin gedişatını dəyişdirdi. 1756-cı ildə köhnə ittifaqlar parçalandı və yeniləri meydana gəldi.

İngiltərə — Prussiya

Avstriyanın ləng ordusu qarşısında Prussiyanın uğur qazanması İngiltərəni Prussiyaya yaxınlaşdırdı. Prussiyanın ərazilərini Almaniyanın içərilərinə doğru genişləndirməsi, onu Fransanın qarşısındakı yeni əngələ çevirirdi. Prussiyanın Avropa qitəsində yayılması, onu Fransadan uzaqlaşdırırdı. Buna görə də Prussiya, İngiltərə ilə yeni bir ittifaq qurmağa həvəsli idi.

Fransa — Avstriya

Quruda Prussiya ilə başa çıxa bilməyən Avstriya, dəniz döyüşlərində güclü olan İngiltərə yerinə quruda daha güclü olan Fransa ilə birləşməyin daha xeyirli olacağının fərqinə vardı. Fransa isə hərbi gücünü Avstriya sərhədində saxlamaq yükündən qurtulmaq üçün Avstriya ilə dostluq qurmağı qəbul etdi.

Yeni sistem

1756-cı ildə "Yeddi illik müharibə" başlayanda Avropada artıq yeni ittifaqlar bəlli idi.

Yeni sistem tam yarım əsr, Böyük Fransa inqilabına qədər Avropa siyasətinə istiqamət verdi.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.