Dioksinlər
Dioksinlər — məlum olan ən zəhərli maddələr qrupu. Dioksinlər polixlorlu dibengodioksinlər (PX DD) və ona uyğun olan polixlorlu dibenzofuronlar (PX DF) sinfinə aiddir.
Dioksinlər üzvi maddələrdə həll olur, kanserogen təsirə və davamlığa malikdir. Torpaqda dioksinlərin yarımparçalanma dövrü 10–20 il təşkil edir.[1]
Dioksinlərin ətraf mühitə yayılması
Aşağıda ətraf mühitin (atmosfer havasına, su hövzəsinə, torpaq örtüyünə) dioksinlərlə çirklənməsi prosesləri verilmişdir.[2]
Atmosfer havasına
Atmosfer havasına dioksinlər və furanlar yanma prosesləri, metalların işlənməsi zamanı, məsələn, aqlomerasiya və əridilmə, qurutma, piroliz, krekinq və digər texnoloji proseslərin gedişi zamanı daxil olur.
Su hövzəsinə
Su hövzəsinə dioksinlər əsasən xlordan istifadə olunan sellüloz-kağız və kimya sənayesinin, dioksinlərlə çirklənmiş qoruyucu hopduruculardan istifadə olunan müəssisələrin, xlorfenol herbisidlərdən toxuculuqda, dəri, oduncaq və digər məhsulların örtükləri və rənglənməsində, yaxud hopdurulmasında istifadə edən müəssisələrin tullantılarından daxil olur.
Torpaq örtüyünə
Torpaq örtüyünün dioksinlərlə furanlarla çirklənməsi bəzi pestisidlərdən və kanalizasiya lilindən istifadə edilməsi nəticəsində baş verir. Bir sıra istehsalatın, o cümlədən tibbi tullantılar, lil, kimya istehsalının tullantıları, pestisidlərin tullantıları, işlənmiş transformator yağları və bir çox başqalarının tullantılarının tərkibində disoksinlər olur. Bu maddələrin təbii mənbələri meşə və bozqır (step) yanğınları və vulkan fəaliyyəti hesab olunur.
Xarici keçid
İstinadlar
- "Ekoloji məlumat kitabı" (PDF). 2016-03-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-09-13.
- Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.