Dino Bussati

Dino Bussati (it. Dino Buzzati Traverso, Dino Bursati Traverso; 16 oktyabr 1906, San-Pelleqrino di Belluno, Veneto — 28 yanvar 1972, Milan) — İtaliya yazıçısı, jurnalisti, rəssamı.

Dino Bussati
it. Dino Buzzati Traverso
Doğum tarixi 16 oktyabr 1906(1906-10-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 yanvar 1972(1972-01-28)[1][2][…] (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist, roman yazıçısı, rəssam, librettoçu, ssenarist, dramaturq, şair, fantastika yazıçısı[d], uşaq ədəbiyyatı yazıçısı, komiks rəssamı, publisist
dinobuzzati.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Dino Butsati 1906-cı ildə Belluno kommunasının San-Pelleqrino məhəlləsində dünyaya gəlib. Milanda təhsil alıb hüquq diplomuna yiyələnir, 22 yaşında ən nüfuzlu İtalyan qəzetində - Milanın “Korryere della Sera” qəzetində işə düzəlir. 30-cu illərin əvvəllərində Butsatinin “kafkasayağı” tərzdə qələmə aldığı ilk romanları meydana gəlir. İkinci dünya müharibəsi illərində İtaliya Kral Hərbi Dəniz Qüvvələrinin tərkibində Afrikada jurnalist kimi fəaliyyət göstərir. 1943-cü ilin sentyabrında Milana qayıdır və qəzetdə redaktor işləyir.

Dino Butsatinin “Sevgi” romanı 1963-cü ildə işıq üzü görür. Daha çox romançı və dramaturq kimi nüfuz qazanmışdır. Butsati nəsri fantastikaya meyil edir, bu mənada onu çox zaman Edqar Allan PoFrans Kafka ilə müqayisə edirlər. Onun yaradıcılığında praktik olaraq hər zaman fövqəltəbii nəsə mövcuddur. Məşhur romanlarından birində - “Tatar səhrası”nda (1940) – səhranın sərhədində hamı tərəfindən unudulmuş istehkamdan bəhs edilir. İstehkamda olanlar hər an səhradan hücum olacağını gözləyirlər və özlərini ölkənin xilaskarı hesab edirlər. Heç kim qalanı atıb gedə bilmir. Kitab əsasında Valerio Dzurlininin eyni adlı filmi çəkilmişdir (1976). “Kolombr”, “Yeddi Çapar” hekayələrinin qəhrəmanları öz ideyalarının qulu və qurbanlarıdır.

Müəllif öz kitablarına illüstrasiyalar çəkmiş, teatrda işləmiş, bir neçə pyes və radio tamaşası yazmış, bunlarla yanaşı, libretto, şeirhekayələr qələmə almışdır. Butsatinin sağlığında Milanda onun şəxsi sərgisi keçirilmişdir.

Dino Butsati “Altmış hekayə” kitabına görə Streqa mükafatçısıdır (1958). Bir çox əsərləri ekranlaşdırılmışdır. “Maraqlı olay” dramını (1953) Alber Kamyu 1956-cı ildə fransız dilinə tərcümə etmişdir. “Tatar səhrası” romanını Borhes öz şəxsi kitabxanasında saxlamışdır.

Dino Butsati 1972-ci ildə Milanda mədəaltı vəzin xərçəngindən dünyasını dəyişmişdir.

İstinadlar

  • 1.Yazar: Dino Buzzati

Həmçinin bax

  • 1.Tatar Çölü Dino Buzzati

Xarici keçidlər

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Dino Buzzati (nid.).
  3. Archivio Storico Ricordi. 1808.
  4. Catalog of the German National Library (alm.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.