Dincələn qız
Dincələn qız, (O`Merfi, Luizanın portreti) (fr. O`Merfi, Luiza) — Fransua Buşe tərəfindən 1752-cı ildə çəkilmiş 59 x 73 sm ölçülü rəsm əsəri. Portretdə XV Lüdovikin fovariti, məşuqəsi 15 yaşlı Luiza O`Merfi çılpaq yataqda uzanmış şəkildə təsvir olunmuşdur. Rəsmdə xarici aləmdən uzaq, tənha bir qız təsvir olunmuşdur. Əsərdə təsvir olunan yeganə interyer əşya sofadır. Qızın qeyr məlum baxışları, donmuş gözəl üzü əsərdə diqqəti cəlb edir.
Dincələn qız (O`Merfi, Luizanın portreti) | ||
---|---|---|
alm. Ruhendes Mädchen fr. Marie-Louise O'Murphy | ||
| ||
Rəssam | Fransua Buşe | |
Tarixi | 1752 | |
Üslubu | nü, məişət janrı | |
Texnikası | Yağlı boya, kətan | |
Ölçüləri | 59,5 sm × | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Köhnə Pinakotek, Münhen | |
Saytı | Ruhendes Mädchen | |
Vikianbarda əlaqəli mediafayllar |
O`Merfi, Luiza irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nigahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir.
Kazanova öz memuarında Luiza O`Merfi belə xatırlayır[1]:
Mən bir alman rəssamına 6 luidor (fransız qızıl pulu) verdim ki, onu naturadan çılpaq təsvir etsin, amma o, canlı çıxdı. O, onu qarnı üstə uzanmış, əlləri və sinəsi ilə yastığa dayanaraq çəkmişdir, başını elə tutmuşdur ki, sanki kürəyi üstə uzanmışdır. Mahir rəssam onun ayaq və budlarını elə təsvir etmişdir ki, göz oxşayır. Altında mən O-Morphi yazmasını tapşırdım. Bu söz Homerdən deyil, amma yunanca ola bilir; mənası o, Gözəldir. |
“Dincələn qız”
|
---|
İstinadlar
- Giacomo Casanova, Histoire de ma vie, F.A. Brockhaus, Wiesbaden et Plon, Paris 1960-1961.