Dina Qorina
Dina Qorina (1 noyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast.[1]
Dina Qorina | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Dina Qorina |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 1 noyabr 1987 (36 yaş) |
Doğum yeri | |
Boyu | 171 sm. |
İdman növü | Bədii gimnastika |
Karyerası
Dina Qorinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu.
Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı.[2] Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu.[2] Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı.[2] Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı.[2] Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu.[2] 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu.[2] Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.[2]
İstinadlar
- Olympedia.org. "Dina QORİNA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Olympedia.org. "2008 Summer Olympics / Rhythmic Gymnastics / Group / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.