Dimmu Borgir
Dimmu Borgir — 1993-ci ildə Shagrath, Silenoz və Tjodalv tərəfindən Norveçin Oslo şəhərində qurulmuş metal musiqi qrupu. Qrupun adı farercə və islandca "qaranlıq qüllələr" mənasını verir və İslandiyadakı Dimmuborgir vulkanik platformasından alınmışdır. İllərdir bir neçə dəfə üzv dəyişikliyi yaşanan qrupda, quruculardan olan gitarist Silenoz və vokalist Shagrath dəyişməz qalan üzvlərdir.
Dimmu Borgir | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
Melodik blek metal (1994—1997, 2005) Simfonik blek metal (hazırda) |
Fəaliyyət illəri | 1993—h.h. |
Ölkə | Norveç |
Şəhər | Oslo |
Dil |
ingiliscə norveçcə |
Leybl |
No Colours Records Cacophonous Records Nuclear Blast |
Heyət |
Şaqrat Silenos Galder Cyrus (sessiya) Gerlioz (sessiya) Daray (sessiya) |
Keçmiş üzvlər |
Stian Orstad Tyodalv Bryunyard Tristan Naqaş Astennu Nikolas Barker ICS Vortex Mustis Snoui Şou |
www.dimmu-borgir.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Stian Aarstad'ın da klaviaturaçı kimi qrupa daxil olmasıyla tam mənasıyla formalaşan Dimmu Borgir; Emperor və Kreator kimi tərzində müvəffəqiyyətli bir qrup oldu. Aqressiv gitaralar, gurultulu bas, operativ vokallar, müxtəlif klaviatura melodiyaları, Norveçli qrupun musiqisinin ayrılmaz hissəsidir. 80-ci illərin black və heavy metal təsirlərini daşıyan Dimmu Borgir, Wagner və Dvorak kimi klassik musiqi bəstəkarlarından də təsirlənmişdir.
Qrup musiqi bazarına 1994-cü ildə çıxardıqları "Inn I Evighetens Morke" adlı mini albomları ilə girdilər. Albom böyük maraq gördü və bir neçə həftədə yüksək satış rəqəmləri göstərdi. Black metal ətrafında artıq adları eşidilmişdi. Və eyni il "For All Tid" adlı ilk uzun albomlarını hazırladılar. Yavaş, pessimist və atmosferik bir albom idi. Albomda Dødheimsgard'dan ldrahnanda, Ved Buens Ende'dən Vicotnik'ə qədər bir çox musiqiçinin köməkləri oldu.
Dimmu Borgir, 2000-ci ilin mart ayında yeni albom qeydləri üçün Abyss studiyasına girməyi planlayırdı amma bu reallaşmadı. Çünki yeni materialı tamamlamaq və maliyyə problemini həll etmək üçün vaxta ehtiyacları var idi. Nick hələ İngiltərədə yaşayırdı və istədiyi vaxt Norveçə gəlməsi mümkün deyildi. Şəxsi problemlər səbəbilə Astennu qrupdan qovuldu və yerinə Norveç black metal musiqisinin əhəmiyyətli gitaristlərindən Galder gəldi. Bu dəyişikliklərdən bir müddət sonra həmin ilin payızında İsveçdəki Fredman Studiyasında "Puritanical Euphoric Misanthropia" adlı beşinci studiya albomlarını yazdırdılar. Ürküdücü atmosferi ilə pərəstişkarlarını sevindirən bu albom, böyük bir seqmentə görə Dimmu Borgirin o günə qədərki ən yaxşı albom işi oldu. Mahnı yazmaq işi ən yüksək nöqtəyə çatmışdı artıq. "Blessings Upon The Throne Of Tyranny", "Kings Of The Carnival Creation", "The Mealstrom Mephisto" və "Architecture Of A Genocidal Nature" mahnıları bu baxımdan xüsusilə diqqət çəkən mahnıları oldu. Qrup bəzi mahnıları Göteborq Simfonik Orkestrası ilə yazmışdı.
Qrup, 2001-ci ilin mart ayında turneyə çıxdı və yüz minlərlə pərəstişkarına konsert verdi. 2001-ci ilin payızında 11 sentyabr terror aktları səbəbiylə qrup turneni yarıda kəsdi. 26 oktyabr 2001-ci ildə "Alive en Torment" adlı canlı konsert albomlarını yayımladılar. Albomda yer alan mahnılar bunlar idi; "Tormentor of Christian Souls", "The Blazing Monoliths of Defiance", "The Insight and the Catharsis" və "Puritania and The Maelstrom Mephisto".
Diskoqrafiya
Studiya albomları
EP'lər
- 1994 - Inn I Evighetens Mørke
- 1996 - Devil's Path
- 1999 - Sons of Satan Gather for Attack
- 2000 - True Kings of Norway
- 2000 - The Gods Of Darkness
- 2001 - Alive in Torment
- 2002 - World Misanthropy