Dimitri Kipiani
Dmitri İvanoviç Kipiani (gürc. დიმიტრი ივანეს ძე ყიფიანი, 14 aprel (26), 1814, Mereti, Tiflis quberniyası - 24 oktyabr (5 noyabr) 1887, Stavropol, Rusiya imperiyası) - gürcü siyasətçisi, publisist, yazıçı və tərcüməçisi.
Dimitri Kipiani | |
---|---|
gürc. დიმიტრი ივანეს ძე ყიფიანი | |
1876 – 1879 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 (26) aprel 1814 |
Doğum yeri |
|
Vəfat tarixi | 24 oktyabr (5 noyabr) 1887[1] (73 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı |
Dini | şərqi ortodoks xristianlıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
O dövrdə artıq Rusiya imperiyasının bir hissəsi olan Mereti kəndində (Qori yaxınlığında) knyaz ailəsindən törəyən bir ailədə dünyaya gəlmişdir.
1830-cu ildə 1-ci Tiflis zadəgan məktəbini bitirib, sonra onun əsasında yaradılan gimnaziyada müəllim işləyib. 1832-ci ildə Gürcüstanın müstəqilliyi məqsədi ilə gürcü zadəganlarının çar hakimiyyətinə qarşı çevrilişdə iştirak etmışdir. Buna görə Voloqda şəhərinə sürgün edildi və burada qısa müddət qqubernator dəftərxanasında çalışmışdır.
1837-ci ildə Dmitri Kipianiyə Gürcüstana qayıtmağa icazə verildi. O, burada dövlət qulluğuna girdi və 1864-cü ilə qədər qubernatorluqda müxtəlif vəzifələrdə çalışdı. 1861-ci ildə, təhkimçiliyin ləğv etmək islahatı zamanı, Dmitri Kipianiyə Gürcü zadəganları ilə danışıqlar aparmaq və Gürcüstanda təhkimçiliyin ləğv edilməsinin şərtlərini hazırlamaq həvalə edildi. 1862-ci ildəki Kipianinin planına görə, kəndlilər torpaq almadı, ancaq torpaq sahiblərinə kirayə haqqı ödəməli oldular.[2]
15 mart 1864-1870-ci illərdə Tiflis zadəganlarının, sonra 12 avqust 1885-ci ildən 6 avqust 1886-cı ilədək - Kutaisi əyalətlərinin lideri idi. 1876-1879-cu illərdə Tiflis meri olmuşdur.
Dmitri Kipiani Gürcüstanın ictimai və mədəni həyatında fəal iştirak etmişdir. Gürcülər arasında Savadlılığın Təşviqi Cəmiyyətinin və Gürcü Dram Cəmiyyətinin qurucularından olan Qafqaz Aqrar Cəmiyyətinin prezidenti idi. Gürcüstan və Rusiya mətbuatında mütəmadi olaraq oçerk və məqalələr dərc edirdi. O, Şekspiri ilk dəfə gürcü dilinə tərcümə etmiş və gürcü dilinin qrammatikasını yazmışdır.[3]
Kipianinin siyasi sadiqliyinə baxmayaraq, çar məmurları ondan hər zaman ehtiyat edirdilər. Georgievsk müqaviləsinə Gürcüstan və Rusiya arasındakı əlaqələrin yeganə mümkün modeli olaraq baxır və gürcü dilini və gürcü mədəniyyətini hər cür müdafiə edirdi. Xüsusilə, 1870-ci illərdə dövlət məktəblərində gürcü dilinin statusunun məhdudlaşdırılmasına qarşı çıxmışdır.[3] 1885-ci ilin oktyabrında Borjomidə Böyük Knyaz Mixail Nikolaeviç ilə görüşdə Qafqaz qubernatoru knyaz Dondukov-Korsakovu gürcü mədəniyyətinə təcavüz etdiyinə görə kəskin tənqid etmişdır.[4] Qubernatora və çar administrasiyasına hesabat hazırladı, lakin Peterburqun güclü təzyiqi altında bu fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.
1886-cı ildə, Laqiaşvili adlı birsi seminariyanın rektoru, keşiş Pavel Çudetski[5] öldürdüyü üçün Tiflis İlahiyyat Seminariyasından qovuldu. Gürcüstanın Rus ekzarxı Pavel (Lebedev) bunun üçün gürcü xalqına anafeme verdi. Buna cavab olaraq, Kipiani ona Gürcüstandan ayrılmasını tələb edən bir məktub yazdı. 6 Avqust 1886-cı ildə III Aleksandrın əmri ilə Kipiani vəzifəsindən kənarlaşdırılaraq Stavropola göndərildi[3] və orada tezliklə aydın olmayan şəraitdə öldürüldü (bəzi mənbələrə görə Simferopolda quldurlar tərəfindən öldürülüb[5]).
26 oktyabr 1887-ci ildə onun nəşinin qalıqları Tiflisdəki Mtatsminda panteonunda torpağa tapşırıldı.
Əsərləri
- "Gürcüstan tarixi üçün materiallar haqqında bir neçə fikir" ("Qafqaz", 1854, no. 30 - 33, 35 və 39).
- "Qeydlər" ("Rus antik dövrü", 1886, kitablar 3, 5, 7-9).
İstinadlar
- Dimitri Kipiani // SNAC (ing.). 2010.
- Ronald Grigor Suny:The making of the Georgian nation (2)|99-101
- Wells (2002), Shakespeare Survey: Volume 48, Shakespeare and Cultural Exchange, p. 186. en:Cambridge University Press, ISBN 0-521-52387-7
- Arxivləşdirilib 2007-12-15 at the Wayback Machine § 7. Новое наступление реакции. Убийство Димитрия Кипиани. Историческое значение национально-освободительного движения, под ред. М. Гаприндашвили и О. Жордания (1990), Очерки истории Грузии (Studies in the history of Georgia), том 5: [http://www.nplg.gov.ge/ic/DGL/work/Ocherki_istorii_gruzii/Ocherki_istorii_gruzii_V/1.htm Грузия в XIX веке, Тбилиси, Мецниереба Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine ISBN 5-520-00499-4.
- Lang, DM (1962). A Modern History of Georgia, p. 109. London: Weidenfeld and Nicolson.