Dilogiya

Dilogiya (yun. dis-ikili; ikiqat + logos-söz) — ədəbiyyatda bir müəllifin mövzuca, süjet xətti və ya iştirak edən obrazlarına görə birləşdirilən iki irihəcmli əsəridir. Məsələn: Aleksandr Dümanın "Üç muşketyor" və "İyirmi il sonra" əsərləri. Dilogiyalara dram əsərlərində, kinematoqrafiyada, təsviri incəsənətdə, musiqi əsərlərində, həmçinin kompüter oyunlarında rast gəlmək olur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.