Dilmanc
Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün dil texnologiyaların yaradılması və tətbiqi sahəsində işlər həyata keçirilir. Layihədəki əsas elmi tədqiqat istiqamətləri aşağıdakılardır:
Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə sistemlərinin yaradılması
Azərbaycan dili üçün nitqin tanınması sisteminin yaradılması Az Azərbaycan dili üçün mətnin səsləndirilməsi sisteminin yaradılması
Telefon danışığını Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən sistemin yaradılması
Mətnin kompüter tərəfindən başa düşülməsi sistemin yaradılması
Layihənin əsas prioritetlərindən biri də bu texnologiyaların istifadəçilər tərəfindən praktik istifadəsini təmin etmək üçün proqram təminatının hazırlanmasıdır.
Layihənin tarixi
Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesinin avtomatlaşdırılmasının mümkünlüyünün öyrənilməsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Ə.M.Abbasov tərəfindən qoyulmuş və onun rəhbərliyi altında maşın tərcüməsi sisteminin yaradılması istiqamətində tədqiqatlara başlanmışdır. Bu müddət ərzində Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu (rəqəmsal modelləşdirmə metodu) yaradılmış və bu metod əsasında Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin yaradılmasına başlanmışdır.
İşlərin məntiqi davamı kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə həyata keçirdiyi bu layihəni göstərmək olar. Layihə üzrə işlərə 2005-ci ilin aprel ayından başlanılmışdır.
19.02.2014-cü ildə Dilmanc tərcümə sisteminin yeni versiyası istifadəyə verilmişdir. Bu versiyada mətnləri Azərbaycan, İngilis və Rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilmişdir. Yeni versiyanın əsas imkanları aşağıdakılardır:
Mətnin avtomatik tərcüməsi. Mətnləri Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək. Lüğət. Tək söz daxil etdikdə həmin sözün lüğətdəki tərcüməsi, nitq hissələri, sinonimləri və s. informasiyaya baxmaq. "Nümunələr" düyməsinə basmaqla həmin sözün işləndiyi cümlələr və onların tərcümələrini görmək. Mətnin səsləndirilməsi. Tərcümə nəticəsində alınmış mətn çox uzun və yorucudursa, "Səsləndir" düyməsinə basmaqla həmin mətnin səsli oxunuşuna qulaq asa bilərsiniz. Mobil qurğulara yüklənə bilmə. Android əsasında işləyən telefon və planşetlərinizə "Dilmanc Mobile Translator" proqramını yükləməklə şifahi danışığı, mətni və tək sözləri Azərbaycan, İngilis və Rus dilləri arasında tərcümə edə bilərsiniz. Bu proqram istifadəçilər arasında böyük populyarlıq qazanaraq, "Play Store"-da istifadəyə verildiyi gündən 4 ay müddət ərzində 50 min dəfəyə yaxın yüklənmişdir.
Proqramın yeni versiyası dilmanc.az saytında onlayn tərcümə portalı kimi istifadəyə verilmişdir və artıq proqramı kompüterə yükləməyə ehtiyac yoxdur. Bu həmçinin bütün əməliyyat sistemləri və mobil qurğularda istifadə edilə bilmə baxımından əlverişlidir.
Yaradıcı qrup
Layihənin elmi məsləhətçisi
- Akademik Əli Abbasov
Direktor
- t.e.n. Əbülfət Fətullayev
Proqramçılar qrupunun rəhbəri
- Rauf Fətullayev
Koordinator
- Rövşən Hüseyinli
Proqramçılar
- Ramil Məmmədov
- Ramin Dərvişov
- Toğrul Mərdanov
- Rauf Qurbanov
- Mirnəsir Əskərov
Riyaziyyatçı
- Samir Abbasov
- Turan Məmmədov
Dilçilər
- Gülnar Əzimova
- Günel Şahbazova
Sahə üzrə məsləhətçilər
- prof. Məsud Mahmudov (Dilçilik)
- prof. Bayram İbrahimov (Siqnalların rəqəmli emalı)
Veb-dizayner
- Natiq Abdullayev
Operatorlar
- Niyal Əhədov
Müxtəlif vaxtlarda layihə qrupunda işləmiş mütəxəssislər
f.r.e.n. A.Mehdiəliyev, f.r.e.n. F.Əhmədov, dos. T.Abbasquliyev, f.e.n. İ.Tahirov, f.e.n. A.Bəylərova, Ç.Şirinov, V.Salehov, B.Talıbov, R.Zamanov, E.Nuriyev, S.Şaqavatov və d. Görülən işlərin tərkibindən asılı olaraq layihə qrupunun tətkibinin yenilənməsi prosesi bu gün də davam etdirilir.
Xarici keçidlər
Dilmanc imla Haqqında
Klaviaturada yazmağa son! Telefonunuza şifahi imla deyin, Dilmanc İmla proqramı nitqinizi mətnə çevirərək kompüterə yazacaq. Dilmanc İmla telefonunuzu kompüterin mikrofonu kimi istifadə etmək imkanı yaradır. Kompüter və telefon arasında əlaqə yaradıldıqdan sonra, telefona deyilən şifahi nitq avtomatik mətnə çevrilərək kompüterdəki mətn redaktoru pəncərəsinə yazılacaq, beləliklə vaxtınıza dəfələrlə qənaət etmiş olacaqsınız.
İstifadə qaydaları
1.Kompüterinizə Dilmanc İmla prorqramını dilmanc.az/dilmanc-imla ünvanından yükləyib işə salın.
2. Android və ya İOS sistemi ilə işləyən telefona Dilmanc İmla proqramını yükləyin (Google Play və ya App Store-dan) və işə salın.
3. Android və ya İOS sistemi ilə işləyən telefona Dilmanc İmla proqramını yükləyin (Google Play və ya App Store-dan) və işə salın.
4. Kodu daxil etdikdən sonra mobil telefonunuzda imla rejimi aktivləşəcək. Ekrana toxunaraq danışın, nitqiniz mətnə çevrilərək kompüterə yazılacaq. Kursoru Microsoft Word və ya digər mətn redaktorunun ekranına qoymağı unutmayın.
Tələblər
1. Telefon və kompüter internetə qoşulmalıdır.
2.Telefon ağıza yaxın tutulmalıdır.
- Versiya: 2.0 Yeniləmə: 29.04.2015
- Minimum tələblər: Windows XP və ya yeni, 512 kb/s in
Dilmanc plugin
Dilmanc plugin-i düymə şəklində İnternet brauzerinizə (Google Chrome, Mozilla Firefox) əlavə edərək Dilmancın təqdim etdiyi tərcümə imkanlarından yararlana bilərsiniz. “Dilmanc plugin”in üstünlüyü ondadır ki, tərcümə etmək istədiyiniz mətni kopyalayaraq Dilmancın səhifəsinə girməyə, kopyalanmış mətni lazımı pəncərəyə qoymağa ehtiyac qalmır. Siz istənilən səhifədə hər hansı mətni seçərək (qaralayaraq) “Dilmanc plugin” düyməsini basa bilərsiniz. “Dilmanc plugin” sizin əvəzinizdən bütün prosesi icra edəcək.
Dilmanc plugini Google Chrome brauzerinə yükləmək üçün:
https://chrome.google.com/webstore/search/dilmanc
Dilmanc plugini Mozilla Firefox brauzerinə yükləmək üçün:
https://addons.mozilla.org/en-US/firefox/addon/dilmanc-translate-plugin/%5B%5D
Mətnin səsləndirilməsi sistemi
Mətnin səsləndirilməsi sistemi daxil edilmiş mətni Kişi və Qadın səsi ilə oxuyur. Aşağıdakı sahəyə Azərbaycan dilində mətn daxil edərək Səsləndir düyməsini basın. Səs faylını kompüterinizə endirmək üçün mp3 kimi yüklə düyməsini basın.