Dilman
Dilman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Dilman | |
---|---|
40°43′51″ şm. e. 48°30′28″ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Ağsu rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 873 m |
Saat qurşağı | |
|
Tarixi
Dilman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sulh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nm Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır[1].
Coğrafiyası və iqlimi
Ağsunun İsmayıllı ilə qonşuluqda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. Maşın yolu yoxdur. Atla 30 – 45 dəqiqəyə gedilir. Təmiz havada piyada yürüş etməyə dəyər. Bu şəlalə uzaqdan divardan bir xətt üzrə süzülərək axan südü xatırladır. Töküldüyü yerdə təbii hovuz əmələ gətirib. Hovuza girmək üçün yosunlarla örtülü sürüşkən daşları dəf etmək lazımdır.
Əhalisi
1919-cu il tarixində ermənilər tərəfindən Dilman kəndində 558 nəfər öldürülmüşdür.
Din
Kənddə "Həzrəti Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir[2].
İstinadlar
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.235
- MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)