Diler

Diler (ing. dealer) — birja əqdlərinin müəyyənləşdirilmiş qaydada öz adından, öz hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan birja vasitəçisidir.

Diler — hər hansı bir şirkətin məhsullarını topdan alıb, sonradan pərakəndə və kiçik topdan satılması ilə məşğul olan hüquqi və ya fiziki şəxsdir (məsələn: avtomobil dileri).[1]

Dilerlər sırf vasitəçilikdən başqa öz adından (özü üçün) və öz hesabına sonradan satmaq məqsədilə qiymətli kağız almaq hüququna malikdirlər.[2] Onlar həm öz aralarında, həm də brokerlərlə əqdlər bağlaya bilər. Dilerlərin gəliri qiymətli kağızı sərfəli qiymətlə sonradan satmaq hesabına əmələ gəlir, yəni məzənnə fərqi kimi çıxış edir.[3] Demək olar ki, dilerlər birjada möhtəkirliklə məşğuldur. Müasir fond birjası indi də əksər hallarda zahirən hələ keçən əsrlərdə inşa edilmiş, lakin daxilən ən yeni avadanlıqla, xüsusilə də tele- kommunikasiya avadanlığı ilə təchiz edilmiş böyük bir binadır. Birjalar hər iş günü bunun üçün ayrılmış saatlarda işləyir. Fond birjasında mühüm yeri tiker adlanan elektron tablo tutur. Tablo fond birjasının məcburi atributlarındandır. Tabloda birjada gün ərzində bağlanmış hər bir əqdin həcmi və qiyməti, emitent şirkətlərin adları və səhm məzənnələrinin dəyişməsi göstərilir.[4]   

İstinadlar

  1. "NASAA Broker-Dealer Resources". nasaa.org. 2005-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 April 2018.
  2. General Accounting Office, Major Rule Report: Alternative Net Capital Requirements for Broker-Dealers That Are Part of Consolidated Supervised Entities Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine (B-294184), June 25, 2004. (“GAO Major Rule Report”)
  3. Lemke and Lins, Regulation of Investment Advisers, §§1:19 - 1:21 (Thomson West, 2013).
  4. Guide to Broker-Dealer Registration Arxivləşdirilib 2017-03-02 at the Wayback Machine, Division of Trading and Markets, U.S. Securities and Exchange Commission, April 2008.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.