Dilarə Hüseynova
Dilarə Əşrəf qızı Hüseynova — fizika-riyaziyyat elmləri doktoru (1992), professor [1][2]
Dilarə Hüseynova | |
---|---|
azərb. Dilarə Əşrəf qızı Hüseynova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | Yarımkeçiricilər və dielektriklər fizikası |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Fizika İnstitutu |
Alma-mater | Azərbaycan Dövlət Universiteti |
Təhsili | Ali |
Həyatı
Dilarə Əşrəf qızı Hüseynova 1941-ci il avqustun 22-də Bakıda, görkəmli alim Əşrəf Hüseynovun ailəsdində anadan olmuşdur. O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakultəsini bitirmişdir. Elə həmin ildə Azərbbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant olaraq işə başlamış, sonra kiçik elmi işçi (1964—1977), böyük elmi işçi (1977—1994), aparıcı elmi işçivəzifələrində çalışmıdır. Hal-hazırda həmin institutun baş elmi işçisidir. D.Ə.Hüseynova 1975-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1992-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1993-cü ildə isə professor elmi adını almışdır. Haqqında "XX əsrin görkəmli şəxsiyyətləri", "XX əsrdə kim kimdir" bioqrafik ensiklopediyalarında məlumatlar verilmişdir. Akademik Eldar Salayevin həyat yoldaşıdır.
- Elmi əsərlərinin sayı — 85
- Xaricdə dərc olunan əsərlərinin sayı — 67
- Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı — 61
- Kadr hazırlığı — 1 elmləri doktoru və 3 fəlsəfə doktoru
- Dil bilikləri — Azərbaycan, Rus, İngilis
Elmi fəaliyyəti
Yarımkeçiricilər və dielektriklər fizikası sahəsində aldığı elmi nəticələr ölkəmizdə və xaricdə nüfuzlu elmi jurnallarda çap olunmuşdur, 85-dən çox elmi işin müəllifidir, beynəlxalq və ölkə səviyyəli bir sıra elmi konfrans və seminarlarda məruzə ilə çıxış etmişdir. laylı yarımkeçirici birləşmələrin zona quruluşunun hesablanması, onlarda kimyəvi əlaqənin müəyyən edilməsi, ortorombik yarımkeçirici birləşmələrin qəfəs dinamikasının öyrənilməsi, Brüllen zonasının mərkəzində fonon tezliklərinin təzyiqdən asılılığının hesablanması (Hesablamalar göstərmişdir ki, 29 GPa təzyiq yaxınlığında sadədən baza mərkəzləşmiş qəfəsə faza keçidi baş verir) onun əsas elmi nəticələrindəndir.
Əsas elmi əsərləri
1. The lattice long wave oscillation of GeS nanocrystals.
2. Latice vibration of pure and doped GaSe.
3. The pressure dependence of the phonon spectra of orthorhombic GeSe and second order structural phase transition from simple -to base- center orthorhombic lattice.