Diləli Müskənli
Diləli Müskənli, Diləli Müskanlı (və ya Aşağı Müskanlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Diləli Müskənli | |
---|---|
39°18′06″ şm. e. 46°38′10″ ş. u. | |
Ölkə | |
Region | Qubadlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.
Tarixi
Diləli Müskanlı kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidə yerləşir. Ərazidəki iki Müskanlı kəndini fərqləndirmək üçün biri Aşağı Müskanlı (Diləli Müskanlı), o biri Yuxarı Müskanlı (Teymur MÜskanlı) adlandırılmışdır. Müskan sözü isə yerli əhalinin yozumu ilə "mis olan yer" kimi izah olunur. Orta əsrlərdə indiki Özbəkistan ərazisində Müskan adlı şəhər və əyalət olmuşdur. Güman ki, XIII əsrdə monqol işğalları zamanı Müskan əhalisinin bir qismi Azərbaycana köçərək burada məskunlaşmışdır. Müskanlı sözü "Müskandan olanlar", "müskənlilər" mənasını daşıyır.[2]
Əhalisi
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 62 evdə 236 türk yaşayırdı
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Mənbə
- Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 449–450.