Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem.
Kommunikasiya |
---|
|
Əsasları |
|
Sahələr |
|
Fənlər |
|
Kateqoriyalar |
|
Bu məqalə ünsiyyət vasitəsi olan dil haqqındadır. Digər mənalar üçün Dil (dəqiqləşdirmə) səhifəsinə baxın. |
O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir.
Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir.
Tipologiya
- linqvistikanın predmeti olan insan dilləri :
- təbii insan dilləri,
- süni insan dilləri, məsələn, (esperanto),
- karlar üçün jest dili,
- formal dillər
- kompüter dili,məsələn Alqol,
- Heyvanların ünsiyyət dili.
Dillər haqqında ümumi məlumat
Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili [1]
Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Yer üzündə əhalinin 80%-i 7000 dildən yalnız 80 dili bilir. Qalan dillərdə əhalinin 20%-i danışır. 3,5 min dil əhalinin 0,2%-nə aiddir [2]
Altay dilləri
- Türk dilləri
- Monqol qrupu
- Tunqus-mancur dilləri
Ural dilləri
- Fin-Uqor qrupu
- Samodi qrupu
Hind-Avropa dilləri
Avrasiya Dil Ailəsi
- Semit qrupu
- Berber-Liviya qrupu
- Çad qrupu
- Kuşit qrupu
Qafqaz dilləri
- Kartvel qrupu
- Abxaz-adıq dilləri
- Nax qrupu
- Dağıstan qrupu
Ölü dillər
- Əski yunan dili
- Latın dili
- Sanskrit dili
- Assuriya dili
- Əski türk dili
- Əski fars dili
- Əski rus dili
Əsas seqmentlər
Dil sənayesi bir-biri ilə bu və ya digər dərəcədə bağlı olan müxtəlif intellektual xidmət sahələrini özündə birləşdirir. Bu xidmətlərin hər birinin spesifik xüsusiyyətləri olsa da, onları birləşdirən bir əsas ümumi cəhət var ki, bu da insan faktorunun həlledici rola malik olmasıdır. Yəni bu sahələrin hər birində göstərilən xidmətlərin keyfiyyəti, ilk növbədə, hansısa dili mükəmməl bilən mütəxəssislərdən asılıdır. Eyni zamanda, bu xidmət seqmentləri arasında bır sıra qarşılıqlı əlaqə və asılılıq mövcuddur. Belə ki, biri digərinin fəaliyyətini təmin edir, yaxud stimullaşdırır. Məsələn, dil sənayesinin təhsil seqmenti digər seqmentlər üçün kadr hazırlığını həyata keçirir. Təhsil seqmentinin keyfiyyəti isə dil sənayesi üzrə elmi-tədqiqatların səviyyəsindən asılıdır. Tərcümə fəaliyyəti isə elmi-tədqiqat və təhsil seqmentləri üçün zəruri kontentin əlyetərliliyini təmin edir.
- Bütövlükdə, dil sənayesinin aşağıdakı seqmentlərini fərqləndirmək olar:
- elmi-tədqiqat - dil sənayesini elmi-nəzəri və metodoloji biliklərlə təmin edir;
- təhsil - dil sənayesi üçün insan resursları (pedaqoqlar, poliqlotlar, tərcüməçilər, proqramçılar və s.) hazırlanır;
- tərcümə fəaliyyəti - müxtəlif xarakterli (elmi, pedaqoji, bədii, hüquqi, texniki, iqtisadi və s.) mətnlərin yazılı, müxtəlif toplantılarda, görüşlərdə çıxışların sinxron tərcüməsi həyata keçirilir;
- linqvistik informasiya texnologiyaları – maşın tərcüməsi, kompüter linqvistikası, terminoloji bazaların yaradılması, bulud xidmətləri və s. sahələri əhatə edir;
- lokallaşdırma fəaliyyəti - məhsul və xidmətlərin çoxdilli bazarda istifadə olunması üçün onların yerli tələblərə adaptasiyası həyata keçirilir, yəni müşayiətedici kontent (o cümlədən veb-saytlar) hədəf auditoriyasına uyğun tərcümə edilir;
- nəşriyyat fəaliyyəti – redaktə işləri (qrammatika, üslub, orfoqrafiya, terminlərin unifikasiyası, oxunaqlıq və s. ) yerinə yetirilir;
- turizm – bələdçi-tərcüməçi və informasiya xidmətləri göstərilir;
- kino, televiziya, əyləncə sənayesi – kinofilmlərin, televiziya verilişlərinin, oyun proqramlar
İstinadlar
- "Arxivlənmiş surət". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-09.
- "Arxivlənmiş surət". 2011-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-10-09.
Xarici keçidlər
Həmçinin bax
Ədəbiyyat
- Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. B., 1962;
- Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. B., 1968;
- Axundov A. Azərbaycan dilinin tarixi fonetikası. B., 1973;
- Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. B., 1979, 1-ci hissə; Müasir Azərbaycan dili. 3 cilddə. B., 1978–1981, 1–3-cü c.;
- Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları. B., 1983;
- Əlizadə A. Azərbaycan ədəbi dilinin elmi üslubu (1901–1920-ci illər). B., 1997;
- Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili. /Red. B . N ə b i y e v. B., 1998;
- Seyidov Y. Azərbaycan dilinin qrammatikası. B., 2000;
- Aslanov V. Azərbaycan ədəbi dilinin tarixinə dair. B., 2002;
- Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. 2 cilddə. B., 2003, c. 1; Axundov A. Dil və ədəbiyyat. 2 cilddə. B., 2003.