Digenetik sorucular

Sorucular (lat. Trematoda) sinfinin nümayəndələri tamamilə parazitlərdən ibarət olub, onurğasız və onurğalı heyvanların daxili orqanlarında yaşayırlar. Ən geniş yayılmış nümayəndəsi - qaraciyər sorucusudur (lat. Fasciola hepatica).

Digenetik sorucular
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Ranqsız:
Spiralia
Klad:
Rouphozoa
Yarımtip:
Rhabditophora
Sinifüstü:
Neodermata
Yarımsinif:
Digenea
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  55189
NCBI  6179
EOL  46487208

Xarici quruluşu

Bədənin forması çox hallarda yarpaqşəkillidir. Sormacların olması xarakterikdir. Sormac mürəkkəb əzələ liflərindən təşkil olunmuş və əzələ yastığı ilə əhatə olunan nəlbəkişəkilli çökəklikdən ibarətdir. Bu əzələlərin hərəkəti sayəsində sormacların boşluğu kiçilir və böyüyə bilir. Bir sormac bədənin önündə, bir sormac isə qarın tərəfdə yerləşir. Buna uyğun olaraq ağız və qarın sormacları adlanır. Sormaclar yapışma orqanlarıdır, onların köməyi ilə sorucular heyvanın-sahibin bədəninə yapışıb dayanırlar.

Trematodların örtüyü - tequment çökmüş epitelidən ibarətdir. Örtüyün xarici hissəsi çoxlu mitoxondrilər və vakuollara malik nüvəsiz sitoplazmatik lövhədən ibarətdir. Bu qat sitoplazmatik bağlar vasitəsilə sitoplazmanın parenximaya çökmüş nüvəyə malik hissəsi ilə birləşir. Sitoplazmatik lövhədə çox vaxt kutikulyar tikanlar-parazitlərin əlavə yapışma orqanları vardır. Bu qatın altında bazal membran, onun altında həlqəvi, sonra isə uzununa əzələlər yerləşir. Sorucular nisbətən az hərəkətlidir. [2]

Daxili quruluşu

  • Həzm sistemi — bədənin ön tərəfində yerləşən ağız əzələvi ektodermal udlağa keçir, o isə ensiz qida borusuna davam edir. Entodermal orta bağırsaq ən çox iki şaxədən ibarət olur. Şaxələr qida borusundan ayrılır, bədənin yanları ilə arxaya doğru uzanır və arxada kor qurtarır.
  • Sinir sistemi — cüt beyin sinir düyünündən, ondan bədənin ön ucuna və ağız sormacına gedın sinirlər və arxaya doğru uzanan üç cüt uzununa sinir sütunlarından ibarətdir. Uzununa yerləşən bütün sütunlar həlqəvi atmalarla birləşib ortoqon tipli sinir sistemi əmələ gətirir.
  • Hiss orqanları — çox zəif inkişaf etmişdir. Suda sərbəst üzən sürfələrində bir və ya iki cüt kiçik gözlər olur.
  • İfrazat sistemi — protonefridial tipdə olub, adətən bir cüt əsas toplayıcı kanaldan və titrək "alova" malik ulduzvari hüceyrə ilə qurtaran çoxlu şaxələrdən təşkil olunmuşdur. Əsas kanallar bədənin arxa ucunda ümumi rezervuara-sidik qovuğuna, o isə ifrazat dəliyi ilə xaricə açılır.
  • Cinsi sistem — erkək cinsi sistemi əksər sorucularda qarın sormacının arxasında yerləşən iki dəyirmi toxumluqdan ibarətdir. Toxumluqdan önə doğru iki toxum yolu gedir və qarın sormacının qabaq hissəsində birləşib qıvrım toxumatıcı kanalı əmələ gətirir. Bu kanal əzələvi cütləşmə orqanına daxil olur.

Dişi cinsi sistemdə yumurtalıq bir ədəd olur. Qısa yumurtalıq yolu yumurtalıqdan başlayıb kiçik kisəciyə-ootipə açılır. Bədənin yanlarında qida materiallarına malik salxımşəkilli sarılıqlar yerləşir. Sarılıqların iki axarı bədənin eninə-ootipə doğru gedib bir-birinə yaxınlaşır və ootipə tökülür. Ootipdən uzun qıvrım kanal-balalıq çıxır. Oootip həmçinin kiçik qovuqla-toxumqəbuledici və qısa Laurer kanalı ilə əlaqələnir.

Çoxalması və həyat dövriyyəsi

Trematodların həyat dövriyyəsi mürəkkəbdir. Sahib dəyişmək və nəsil növbələşməsi ilə gedir. Hermafrotiddir. Cinsi yetkin sorucu marita adlanır. Onların qoyduğu yumurta ekskrementlə birlikdə xaric olunur. Suda yumurtalardan kirpikli epiteli ilə örtülmüş mirasidi çıxır. Mirasidi xortumunun köməyi ilə ilbizin bədənini dəlir və onun daxili orqanlarına keçir. Daha sonra mirasidi kirpiklərini atır və sporosistaya çevrilir. Sporosistanın bədənində yerləşən partenogenetik yumurtalar bölünməyə başlayır və rediyə başlanğıc verir. Sporosista sonradan partlayır və redilər ondan çıxır. Redinin daxilində ayrı-ayrı rüşeym hüceyrələrindən yeni nəsil-serkarilər inkişaf edir. Serkarilər redinin bədənində olan dəlikdən xaric olur və quyruğunun hərəkəti ilə cəld üzür. Mirasididən fərqli olaraq serkarilər qidalanmır. Serkari stiletinin köməyi ilə sahibinin toxumasını dağıdır və daxili orqanda sistalaşırlar. Bu mərhələ metaserkari adlanır.

Trematodların patogen əhəmiyyəti

Digeneaların çoxu insan və ev heyvanları paraziti kimi patogen əhəmiyyətə malikdir. Daha çox təsərrüfat əhəmiyyətinə qaraciyər ikisormaclısı və ya qaraciyər sorucusu malikdir. F.hepatica qoyunlarda epizootiyaya səbəb olur. Parazitin patogen təsiri nəticəsində-öd axarları tutulur və qaraciyər iltihabından heyvanlar ölür.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh.144

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.