Difosgen

Difosgen — Boğucu təsirli zəhərli maddə. Əsasən ağ ciyərləri zədələyir.

Difosgen
Ümumi
Ənənəvi adı difosgen
Kimyəvi formulu C₂Cl₄O₂[1]
Molyar kütlə 197,82 q/mol
Fiziki xassələri
Sıxlıq 1,65 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −57 °C[2]
Qaynama nöqtəsi 127,5 °S
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,4566
Təsnifatı
CAS-da qeyd. nöm. 503-38-8
PubChem
RTECS LQ7350000
ChemSpider

Sintezi

Difosgen – xlorkarbon turşusunun metil efirinin tam xlorlaşma məhsulu ClCOOCCl3 boğucu xassəyə malik rəngsiz, yağlı maye şəklində olan zəhərləyici maddədir. Çürümüş meyvə iyi verir. Qaynama temperaturu 1270 C-dir. Qızdıran zaman parçalanaraq fosgen əmələ gətirir: Sənaye üsulu difosgenin sintezi etdikdə fosgenmetanoldan əldə edilən metil xloroformatın yüngül xlorlaşmasıdır:

Difosgenin sintezi

Difosgeni həmçinin metil formatın radikal xlorlaşmasından sintez oluna bilər (ultrabənövşəyi işıqla şüalananda):


Difosgenin sintezi
Difosgenin sintezi

Toksiki xassələri

difosgen ancaq tənəffüs yolları ilə orqanizmə daxil olur. İlk 10-15 dəq. gözlərdə sancı, boğazda qıcıqlanma və döş sümüyü arxasında göynəmə əmələ gəlir ki, bu əlamətlər sabit olmayaraq keçib gedir. Bəzən ilk dövrdə zəhərlənmiş şəxs özünü sağlam hiss edir. Gizli dövr orta hesabla 4-8 saata bərabərdir. Əslində bu dövr bir necə səbəbdən asılı olaraq – (zəiflik, yorğunluq, zəhərin miqdarı, təsir müddəti və s.) 24 saata qədər davam edə bilər. Gizli dövrün qısa olması zəhərlənmənin ağır olmasını göstərir.

Zəhərli maddənin təsirindən ilk dövrdə tənəffüs sürətlənir, tənəffüs orqanları şişərək sərtləşir və nəticədə orqanizmə daxil olan oksigenin miqdarı azalır. İltihab nəticəsində ağciyərlərə 2-2,5 litrə qədər maye toplana bilər.

İlk yardım

zəhərlənmiş şəxsə əleyhqaz geydirib qısa bir zamanda zəhərli zonadan maşınla və ya xərəklə çıxarmaq lazımdır. Zərərçəkəni piyada yeriyərək zəhərli zonadan çıxarmağa icazə verilmir. Onu təmiz havaya çıxardıqdan sonra təcili tibb məntəqəsinə göndərmək lazımdır. Heç bir halda difosgenlə zəhərlənmiş adama süni tənəffüs vermək olmaz.

Mənbə

  • Александров В. Н., Емельянов В. И. Отравляющие вещества: Учебное пособие / Под ред. д-ра хим. наук, проф. Г. А. Сокольского. — 2-е изд., перераб. и доп. — М.: Воениздат, 1990. — 272 с. — 100 000 экз. — ISBN 5-203-00341-6.
  1. DIPHOSGENE (ing.).
  2. Bradley J., Williams A. J., Andrew S.I.D. Lang Jean-Claude Bradley Open Melting Point Dataset. // Figshare 2014. doi:10.6084/M9.FIGSHARE.1031637.V2
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.