Dieqo Simeone
Dieqo Pablo Simeone (isp. Diego Pablo Simeone; 28 aprel 1970-ci il, Buenos-Ayres) Argentinalı futbolçu və futbol məşqçisi. 2006-cı ildə futbolçu karyerasını bitirmədən öncə, dəyaq yarımmüdafiəçi mövqeyində oynuyurdu. Hal hazırda Atletiko Madrid klubunun baş məşqçisidi. 24 mart 2015-ci ildə o, klubla 2020-ci ilə qədər müqaviləsini uzatdı.[2]
Dieqo Simeone | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
isp. Diego Simeone | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Dieqo Pablo Simeone | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Buenos-Ayres, Argentina | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | , Argentina[1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 177 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 70 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | dayaq yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Atletiko Madrid | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəzifəsi | Baş məşqçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
O, Argentina milli futbol komandasında 100-dən çox oyun keçirdib və onun heyətində 1994, 1998 və 2002-ci illərin Dünya Çempionatlarında iştirak edib. Karyerası boyu, Simeone inadcıl yarımmüdafiəçi kimi tanınırdı, hansıki həm rəqibdən topu ala bilirdi, həm hücümü başlıyırdı, həmdə özü qol vurmaq bacarığındaydı.[3] O, ilk növbədə öz liderliyi ilə, texnikasıyla, taktiki universallığıyla, ağılıyla, gücüylə, dözümlülüyü ilə seçilirdi.[4]
Klub karyerası
Simeonenin ilk peşəkar klubu Velez Sarsfild idi, sonradan 1990-cı ildə o, İtlaliyanın Piza klubuna keçir. Bu klub 1990-1991-ci ilin sezonunda Seria A-nı tərk edir və növbəti ildə ali liqaya yenidən yüksələ bilmir. Simeone yeni klubu Sevilya olur. Burada o, iki sezon keçirəndən sonra, Atletiko Madrid transfer olunur. Atletikoda o, 1995-1996-cı ilin sezonunda ölkə çempionatının və kubokunun qalibi olur.
1997-ci ildə o, yenidən Milanın İnter komandasına keçərək, Seria A-ya qayıdır və tam iki mövsüm keçirərək, 1997–98 UEFA kubokunu qazanır. 1999-cu ildə o, heyətində Hernan Krespo, Xuan Sebastyan Veron kimi argentinalı ulduzları olan Latsio klubunun şərəfini qorumağa başlayır. Simeone, İspaniyada olduğu kimi, burada da ölkənin ən vacib iki kubokunu qazana bilir. Onlar çempionatda Yuventusu üstəliyərək, qızıl medalların sahibi olurlar, kubok finalında isə Simeonenin qələbə qolu saəsində İnteri 2:1 məğlub edirlər.
O, Roma təmsilçisinin heyətində daha 3 mövsüm keçirtdi. 2001–02 mövsümü Dieqo üçün ən dramatik il sayılır, çünki onun keçmiş komandası İnterə vurduğu qol, bu klubun çempionluq arzusunu tamamilə puç edir.
2003-cü ildə o, yenidən Atletiko klubun uğurları üçün çalışmaya başlayır. Komandada 2 sezon keçirir və 165 oyunda 31 qol vurur. 2005-ci ildə o, Avropanı tərk edərək, karyerasını Argentinanın Rasinq klubunda bitirir.
Mill komanda karyerası
Argentina millisində o, ilk oyununa 1988-ci ildə çıxıb, ümümiyyətlə isə 106 oyun keçirdib.[5] 1991 və 1993 illərdə o, komandası ilə birlikdə Amerika kubokunu qazanmışdır. 1994, 1998 və 2002 illərin Dünya Kuboku turnirində oda Argentinanın heyətində idi. O, Atlantada keçirlən 1996 Yay Olimpiya Oyunların futbol turnirin qalibidi. [[Yarımmüdafiəçi]] kimi millinin heyətində 11 qol vurub, o qolların biri Kral Fəhd Kubokunun finalına təsdüf etmişdir. 1998 ilin dünya kubokunda Devid Bekhem Simeoneyə təpik vurduğu üçün qırmızı vərəqə almışdır.[6] Sonradan Simeone etiraf etmişdir ki, o, Bekhem cəzalansın deyə qəstən yıxılımışdır.[7] Simeonenin sözlərinə görə o, millidə keçirdiyi oyun saylarına görə Maradonanı keçdiyi üçün "utanır" (O vaxtdan bəri Roberto Ayala və Xavyer Zanetti onun rekordunu artıqlaması ilə vurublar)
Məşqçi karyerası
İlk illəri
Simeone Rasinqdə sonuncu matçını 17 fevral 2006-cı ildə oynamışdır, sonra isə elə bu klubun baş məşqçisi seçilmişdir. Pis starta baxmayaraq, klub çempionatın sonunda yaxşı finiş etməyə bacarmışdı. Klubun yeni prezident seçkilərindən sonra, Simeone Rasinqi 2006 ilin may ayında tərk etdi.
18 mayda o, Argentinanın Estudiantes klubun baş məşqçi vəzifəsinə gətirildi və tezliklə onlara 23 ildən sonra ilk titulunu qazandırdı. 2007-ci ilin sonunda Simeone bu klubu tərk edir. Onun yeni iş yeri doğma ölkəsinin başqa komandası River Pleyt olur. 2008-ci ildə Libertadores kubokunun 2-ci raundunda klub məğlub olur, amma Klausuran çempionatının qalibi olmağını bacarır. Bir neçə uğurssuz nəticələrdən sonra Simeone öz istəfasını elan edir. 15 aprel 2009 ildə onun məşqçi karyerası San Lorenzo (Argentina) klubunda davam edir. 3 aprel 2010 ildə məşqçi pis nəticələrə və artan tənqidlərə görə buranı tərk edir.
Kataniya/Rasinq
19 yanvar 2011 ildə Simeone cəmi bir neçə saat əvvəl Kataniyanı tərk edən Marko Canpaolonu əvəz etməsi üçün, Sisiliyaya uçur. Beləliklə də onun Seria A məşqçi karyerası başlayır.[8][9] Kataniyanı turniri tərk etmədən xilas etdikdən sonra, 1 iyun 2011 ildə postundan ayrıldı.[10] 21 iyun 2011 ildə Dieqo ikinci dəfə Rasinq klubunun məşqçisi təyin edildi.[11]
Atletiko Madrid
23 dekabr 2011 ildə Simeone Atletiko Madriddə baş məşqçi vəzifəsində Qreqorio Manzanonu əvəzlədi. Simeone ilk sezonundaca komandasıyla finalda Atletik Bilbaonu 3-0 udaraq, UEFA Avropa Liqasının qalibi olmuşdur.[12]
2012 ilin 31 avqust ayında Atletiko Monakoda II Lui stadionunda keçirilən UEFA Superkubokunun sahibi olmuşdur. Onlar finalda Çelsini 4-1 məğlub etmişdirş. 17 may 2013 ildə Santyaqo Bernabeuda keçirilən finalda Real Madrid üzərində 2-1 qələbə çalaraq Copa del Rey kubokunun növbəti qalibi olmuşdur. Simeonenin komandası La Liqanıın 2012/2013 mövsümünü 3 yerdə başa vurmuşdu. 2013/2014 sezonunda Atletiko Madrid İspaniya çempionatının qalibi olmuşdur, bu komandanın 1996-cı ildən bəri ən yaxşı nəticəsi oldu. Elə bu sezondada klub Çempionlar Liqasının finalına yüksəlməklə, bu turnirdə tarixinin ən yaxşı nəticəsini göstərdi. Finalda onlar Real Madridə əlavə olunmuş vaxtlarda məğlub oldular.
Simeonenin başçılıq etdiyi Atletico Avropanın klublar arası əsas futbol turnirin 2015/2016 sezonunda finala çıxmaqla, öz uğrunu təkrarladılar, Onların rəqibi yenidən Real Madridi komandası olmuşdur. Oyun əsas vaxtda 1:1 bitdiyindən və əlavə vaxtda qalibin müəyyənləşmədiyindən, penalti seriyası oynalındı, və Real Madrid 5:3 hesabı ilə qalib gələrək, 11 dəfə bu kuboku başı üzərində qaldırdı.
Statisitika
Klublardaki karyera statistikası
Klub | Liqa | Kubok | Liqa kuboku | Kontinental | Toplam | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Sezon | Klub | Liqa | Oyunlar | Qollar 0 | Oyunlar | Qollar 0 | Oyunlar | Qollar 0 | Oyunlar | Qollar 0 | Oyunlar | Qollar 0 |
Argentina | Liqa | Kubok | Liqa kuboku | Cənubi Amerika | Toplam | |||||||
1987–88 | Velez Sarsfild | Argentina Çempionatı | 28 | 4 | ||||||||
1988–89 | 16 | 2 | ||||||||||
1989–90 | 32 | 8 | ||||||||||
Italiya | Liqa | İtaliya Kuboku | Liqa Kuboku | Avropa | Toplam | |||||||
1990–91 | Piza | Seria A | 31 | 4 | ||||||||
1991–92 | Seria B | 24 | 2 | |||||||||
İspaniya | Liqa | Copa del Rey | İspaniya Superkuboku | Avropa | Toplam | |||||||
1992–93 | Sevilya | La Liqa | 33 | 4 | ||||||||
1993–94 | 31 | 8 | ||||||||||
1994–95 | Atletiko Madrid | La Liqa | 29 | 6 | ||||||||
1995–96 | 37 | 12 | ||||||||||
1996–97 | 32 | 3 | ||||||||||
Italiya | Liqa | İtaliya Kuboku | Liqa kuboku | Avropa | Toplam | |||||||
1997–98 | İnter Milan | Seria A | 30 | 6 | 2 | 0 | - | - | 9 | 1 | 41 | 7 |
1998–99 | 27 | 5 | 8 | 0 | - | - | 9 | 2 | 44 | 7 | ||
1999–00 | Latsio | Seria A | 28 | 5 | ||||||||
2000–01 | 30 | 2 | ||||||||||
2001–02 | 8 | 1 | ||||||||||
2002–03 | 24 | 7 | ||||||||||
İspaniya | Liqa | Copa del Rey | İspaniya Superkuboku | Avropa | Toplam | |||||||
2003–04 | Atletiko Madrid | La Liqa | 28 | 2 | ||||||||
2004–05 | 8 | 0 | ||||||||||
Argentina | Liqa | Kuboku | Liqa Kuboku | Cənubi Amerika | Toplam | |||||||
2004–05]] | Rasinq Avellaneda | Argentina Çempionatı | 17 | 2 | ||||||||
2005–06 | 20 | 1 | ||||||||||
Toolam | Argentina | 113 | 20 | |||||||||
İtalya | 202 | 32 | ||||||||||
İspaniya | 198 | 35 | ||||||||||
Ümümi sayı | 513 | 84 |
Milli komandada karyerası
Argentina milli futbol komandası | ||
---|---|---|
İl | Oyunlar | Qollar |
1988 | 2 | 1 |
1989 | 3 | 0 |
1990 | 1 | 0 |
1991 | 9 | 2 |
1992 | 3 | 1 |
1993 | 13 | 1 |
1994 | 10 | 0 |
1995 | 8 | 2 |
1996 | 6 | 2 |
1997 | 9 | 1 |
1998 | 12 | 0 |
1999 | 11 | 1 |
2000 | 11 | 0 |
2001 | 6 | 0 |
2002 | 2 | 0 |
Toplam | 106 | 11 |
Məşqçi statistikası
29 aprel 2015 ilə əsasən
Klub | Milli | Bu tarixdən | Bu tarixə qədər | Hesabat | ||||
---|---|---|---|---|---|---|---|---|
Oyun sayısı | Q | H | M | Qələbə faizi | ||||
Rasinq Avellaneda | Argentina | Fevral 2006 il | May 2006 il | 14 | 5 | 3 | 6 | 35.71 |
Estudiantes | Argentina | May 2006 il | Dekabr 2007 il | 60 | 34 | 15 | 11 | 56,67 |
River Pleyt | Argentina | Dekabr 2007 | Noyabr 2008 | 44 | 20 | 12 | 12 | 45,45 |
San Lorenzo | Argentina | Aprel 2009 | Aprel 2010 | 48 | 21 | 9 | 18 | 43,75 |
Kataniya | İtaliya | 19 yanvar 2011 | 1 iyun 2011 | 18 | 7 | 3 | 8 | 38,89 |
Rasinq Avellaneda | Argentina | 21 iyun 2011 | Dekabr 2011 | 20 | 8 | 10 | 2 | 40,00 |
Atletiko Madrid | İspaniya | 23 Dekabr 2011 | hal hazırda | 200 | 127 | 40 | 33 | 65,50 |
Toplam | 404 | 222 | 92 | 90 | 54,95 |
Mükafatlar
Atletiko Madird
- La Liqa (1): 1995–96
- İspaniya Kral Kuboku (1): 1995–96
İnter Milan
- UEFA Kuboku (1):1997-98
Latsio
- Latsio (1): 1999-2000
- İtaliya Kuboku (1): 1999–2000
- İtaliya Superkuboku (1): 2000
- UEFA Superkuboku (1): 1999
Argentina
- Amerika kuboku (2): 1991, 1993
- Konfederasiyalar Kuboku (1): 1992
- Artemio Franki kuboku (1): 1993
- Yay Olimpiya Oyunlarında gümüş medal (1): 1996
Şəxsi
- EFE trofeyi (1): 1995-96
Estudiantes
- Argentina Çempionatı (1): Apertura 2006
River Pleyt
- Argentina Çempionatı (1): Klausura 2008
Atletiko Madrid
- La Liqa (1): 2013-14
- İspaniya Kral Kuboku (1): 2012-13
- İspaniya Superkuboku (1): 2014
- UEFA Avropa Liqası (1): 2011-12
- UEFA Superkuboku (1): 2012
- UEFA Çempionlar Liqasının finalçısı: 2013-14
Şəxsi
- La Liqanın ən yaxşı baş məşqçisi (2): 2012–13, 2013–14:
- Migel Munyosa trofeyi (1): 2013–14
Şəxsi həyatı
Simeonenin oğlu Covanni Simeone futbolçudu, hal hazırda Argentinada karyerasını dava etdirir. Onun ikinci oğlu Culiano Simeone Atletiko Madridin oyunlarında top daşıyan uşağ kimi görülmüşdü. İspaniya Kral Kubokunda Real Madrid üzərində 2:0 qələbədən sonra, Simeone Culianonu iki dəfə qucaqlamışdı.
İstinadlar
- Oyunçunun transfermarkt.de saytındaki profil Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine (ing.)
- "Arxivlənmiş surət". 2015-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-15.
- "Lazio:| Simeone 'Io in panchina? Prima o poi…'". 2 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2014.
- "Diego Simeone juntaba garra, carácter y una gran técnica". 6 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 October 2014.
- "RSSSF Argentine international players". Rsssf.com. 2010-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-16.
- "Bekhemin Simeoneyə zərbə anı". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-16.
- Carlin, John. "England v Argentina – A history". Observer Sport Monthly, 19 May 2002. London. May 19, 2002. March 28, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2006.
- "ESCLUSIVA TMW - Criscitiello: "Colpo Lo Monaco: Simeone a Catania"". Tutto Mercato Web (Italian). January 19, 2011. October 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 19, 2011.
- "Diego Pablo Simeone è il nuovo allenatore del Catania" (Italian). Calcio Catania. January 19, 2011. July 27, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 19, 2011.
- "Catania, rescinde Simeone". Tutto Mercato Web (Italian). June 1, 2011. October 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 1, 2011.
- "Diego Simeone fue presentado como nuevo técnico de Racing Club". Racing (Spanish). June 21, 2011. June 25, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 21, 2011.
- "Buxarestdə keçirilən Avropa Liqası". 2016-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
- "Diego Simeone National-Football-Teams.com saytındaki profili". 2021-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
- "Diego Pablo Simeone - Century of International Appearances". Rsssf.com. 2002-06-15. 2011-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.