Dien monomerləri
Dien karbohidrogenləri - butadien, izopren və xlorpren - sintetik kauçukların alınması üçün əsas monomerlərdir. Hal-hazırda istehsal olunan rezin məmulatlarının çeşidi 100min addan çoxdur. Sintetik kauçukların dünya üzrə istehsalı həm həcminə, həm də inkişaf tempinə görə təbii kauçukların istehsalınıl xeyli ötmüşdür. Rezin məmulatlarının istehsalının inkişafı (xüsusən şin sənayesi məmulatlarının) bu monomerlərinin istehsalı üçün davamlı, istiqamətləndirilmiş xammal mənbələrinin yaradılmasının vacibliyini şərtləndirir[1]. Bütün kauçukların iki böyük qrupa bölünməsi qəbul olunmuşdur: -ümumi təyinatlı; -xüsusi təyinatlı. Ümumi təyinatlı kauçuklar təbii kauçuklar kimi şinlərin, müxtəlif rezintexniki məmulatların istehsalı üçün istifadə olunur ki, bunlardan yağ və benzinə davamlılıq, aqressiv mühitə, yüksək temperatura və s. qarşı dözümlülük tələb olunmur. Ən kürləvi, ümumi təyinatlı kauçuklar 1,4-sisizopren və 1,4-sis-butadien kauçuklardır. Bunların, sintetik kauçukların ümumi istehsalına görə həcmi 60%-ə yaxındır. Xüsusi təyinatlı kauçuklar - bəzi göstəricilərinə görə elastomerlərdən üstün rezinlər, xeyli az həcmdə, ancaq geniş çeşidlə buraxılır.
İstinadlar
- A.H. Həsənov, M.C. İbrahimova, M.K. Məmmədov, M.N. Əmiraslanova, R.V. Əliyeva. "Monomerlərin kimyası və texnologiyası. səh.25