Deyanira
Deyanira (q.yun. Δηϊάνειρα, Δῃάνειρα) — Qədim yunan mifologiyasında[1] Kalidon padşahı (və ya plevronlu) Oyneyin və Alfeyanın (və ya Dionisin) qızı, Meleaqrın bacısı, Heraklın arvadı, Heraklidlərin anası.
Deyanira və Meleaqr
Deyanira kiçik yaşlarından silah işlətməyi və araba sürməyi bilirdi. Onu döyüşçü adlandırılar[2]. Meleaqrın ölümündən sonra, onun bütün bacıları kədərdən sesarka toyuğuna çevrilmişdilər. Yalnız Deyanira və o biri bacı olan Qorqa Dionisin müdaxiləsi nəticəsində insan simasını saxlamışdılar.
Herakl və Deyanira
Seberin ardınca Ölülər diyarına enən Herakl orada Meleaqra rast gəlmiş və Meleaqr ondan Deyaniranı almasını istəmişdi. Yerə qayıdan Herakl Oyneyin yanına gələrək ondan qızı Deyaniranı istədi. Lakin Kalidonda ona rəqib olan çay tanrısı Axeloy ortaya çıxdı. Oyney qərara gəldi ki, Deyaniranı mübarizədə qələbə çalan alacaq.
Onlar arasındakı çarpışmada Axeloy hiylə işlədərək ilanan və öküzə çevrilirdi. Lakin Herakl öküz cildində olan Axeloyun buynuzunu sındırdıqda o, məğlub oldu. Nəticədə Oyney qızını Herakla verdi.
Oyneyin saraını tərk edən Herakl və Deyanira çoxlu səyahət etdilər. Feodomantın driopları Herakla hecum edən zaman, Deyanira onunla bərabər çarpışdı və sinəsindən yaralandı[3].
Onun Herakldan üç oğlu - Hill, Ktesipp, Qlen və Onit[4] (Diodora görə üç: Hill, Qleney və Qodit[5]) və qızı Makariya oldu.
Ness və Deyanira
Herakl bir dəfə Even çayının qırağına gəldi. Burada səyahətçiləri kentavr Ness iti axan çaydan pul alaraq keçiridi. Ness Deyaniranı o biri sahilə keçirməyi təklif etdi və Herakl onu Nessin belinə qoydu. Özü isə çayı üzərək keçdi, lakin sahilə çıxan kimi Deyaniranın köməyə səsləyən harayını eşitdi. Onun gözəlliyinin əsiri olmuş kentavr onu oğurlamaq və zorlamaq istəyirdi. Herakl Nessi ölümcül oxla yaraladı. Can verən və qisas almaq istəyən kentavr Deyaniraya onun qanını toplamağı və saxlamağı tövsiyə etdi, bu qan guya Deyanitay Heraklın məhəbbətini qorumağa yardım etməli idi.
Bir gün Heraklın Exaliyada əsir aldığı İola ilə evlənəcəyini eşidən Deyanira Nessin qanını bir xitona batırdı və onu Herakla yolladı. Lakin Heraklın lerney hidrasının ödü ilə qarışdırılmış oxu ilə öldürülən Nessin qanı zəhər kimi təsir etdi və Herakl böyük əzab içərisində həlak oldu. Ərinin ölümümün səbəkarı olduğunu öyrənə Deyanira özünü ya qılıncla[6]; və ya asaraq[7] intihar etdi. O, Traxin yaxınlığında öldü, məzarı Eta dağı ətəyindəki Herakleyanın yaxınlığında idi; həmçinin Arqosda başqa bir məzarı da onunku kim göstərirdilər[8].
Sofoklun "Traxinlilər" və Senekanın "Herkules Etada" əsərinin baş obrazırıdır. Ovidi Deyaniranın Herakla məktubunu yazmışdı (Heroidlər IX).
İstinadlar
- Dünya xalqlarının mifləri. M., 1991-92. 2 cilddə. I cild. s.367-368
- Nonn. Dionisin əməlləri XXXV 88
- Rodoslu Apolloniyə sxoliyalar. Arqonavtika I 1212 // V.Q. Boruxoviçin Apollodor kitabına qeydləri. Mifologiya kitabxanası. L., 1972. s.134
- Hesiod. QAdınların növləri 25-ci fraza M.-U.; Psevdo-Apollodor. Mifologiya kitabxanası I 8, 1; II 7, 5-8
- Siciliyalı Diodor. Tarixi kitabxana IV 37, 1
- Sofokl. Traxinlilər 900—942
- Siciliyalı Diodor. Tarixi kitabxana IV 38, 3; Hihin. Miflər 36
- Pavsani. Elladanın təsviri II 23, 5