Devid Marşal Lenq
Devid Marşal Lenq(ing. David Marshall Lang; 6 may, 1924 — 20 mart, 1991) — tarixçi. London universitetində Qafqaz tədqiqatları professoru. Gürcüstan, Ermənistan və Bolqarıstan üzrə mütəxəssis.
Həyatı
Devid Marşal Lenq 6 may, 1924-cü ildə anadan olmuşdu. Kembric Müqəddəs İohan kollecini bitirmişdi.II Dünya Müharibəsi dövründə zabit kimi İranda xidmət etmişdi.1944-cü ildə Təbriz şəhərində vitse-konsul kimi çalışmışdı. Təbrizin Bərnəva məhəlləsində yaşayan ermənilərlə tanış olmuşdu. 1949-cu ildə London Şərq və Afrika məktəbində (SOAS) işləməyə başlamışdı.
D.M.Lenq Amerikanın numizmatika cəmiyyətində saxlanılan, elmə 2 variantda məlum olan belə sikkələri gürcü ərəb bənzətmələrinə, daha dəqiq desək, Abbasi dirhəmlərinə aid edib.
Əsas işləri
- The Last Years of the Georgian Monarchy, 1658—1832 (New York: Columbia University Press, 1957)
- First Russian Radical, Alexander Radischev, 1749—1802 (London: George Allen & Unwin, 1959)
- A Modern History of Georgia (London: Weidenfeld and Nicolson, 1962)
- The Georgians (New York: Praeger, 1966)
- Armenia: Cradle of Civilization (London: George Allen & Unwin, 1970)
- Peoples of the Hills: Ancient Ararat and Caucasus by Charles Allen Burney and D.M. Lang (London: Weidenfeld and Nicolson, 1971)
- Bulgarians: From Pagan Times to the Ottoman Conquest (London: Thames and Hudson, 1976)
- Lives and Legends of the Georgian Saints (New York: Crestwood, 1976)
- The Armenians: A People in Exile (London: Allen and Unwin, 1981)
- Armenia and Karabagh: the Struggle for Unity (London: Minority Rights Group, 1991)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.