Devid Kulthard

Devid Marşal Kulthard (ing. David Marshall Coulthard 27 mart 1971) – şotlandiyalı Formula 1 pilotu. 1994–2008-ci illər arasında "Vilyams" (Willams), "Maklaren" (Mclaren), Red Bull komandalarının tərkibində çempionatlarda iştirak etmişdir. Kulthard heç bir zaman dünya çempionu olmasada dövrünün ən güclü pilotlarından biri hesab edilir.

Devid Kulthard
David Coulthard
Tam adı David Marshall Coulthard
Doğum tarixi
Doğum yeri Tvinholm, Şotlandiya
Ölkə Şotlandiya Şotlandiya, Böyük Britaniya Birləşmiş Krallıq
Komanda Böyük Britaniya Willams, Böyük Britaniya Mclaren, Avstriya Red Bull
Formula 1 karyerası
Yarış sayı 246
Birincilik 13
Cəmi xal 535
Poul sayı 62
Podium 12
Birinci yarış İspaniya 1994
İlk birincilik Portuqaliya 1995
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Devid Kulthard 27 mart 1971-ci ildə Şotlandiyanın Tvinholm şəhərində anadan olmşdur. Atasının nəqliyyat şirkətinə sahib olması və kartinqə (kart adlanan kiçik avtomobillərlə keçirilən yarış) marağı Devidin uşaqlıqdan avtoidmana marağının yaranmasına səbəb olmuşdur. o 10 yaşından etibarən kartinq üzrə keçirilən bir çox çempionatlarda iştirak edirdi. 1983–1986-cı illər arasında 4 dəfə gənclər arasında Britaniya çempionu olur.

1989-cu ildə Formula Ford yarışında birinci olan Devid mösüm sonu "İlin ən yaxşı gənc pilotu" mükafatına layiq görüldü. 1991-ci ildə Formula 1 yarışlarına keçid üçün pilləkən rolunu oynayan Formula 3000 yarışında iştirak etməyə başladı. Onun bu səviyyədə ən yüksək göstəricisi 1993-cü ildə qazandığı üçüncülük oldu.

Karyerası

Williams komandasında

1990-cı ildə Devid ilk dəfə bolid sükanı arxasına oturdu. Bu Mclaren şirkətinin hədiyyəsi idi. Kulthardın ilk komandası Üilliams oldu. Əslində buna kimi Benetton-Ford komandası da Devidi yoxlasa da müqavilə təklif etməmişdi. Kulthard Uilliams komandasında test-pilot kimi çıxış etməyə çaşladı. 1994-cü il San Marino Qran-prisində Ayrton Sennanın ölümündən sonra Kulthard onu əvəz etdi. 29 may 1994-cü il də o ilk yarışında – İspaniya qran-prisində iştirak etdi. O bu qran-pridə ilk uğuruna imza ataraq yarışların birində 5-ci oldu. Bir müddət Kulthard komandada yerini daha məşhur və təcrübəli olan Naycel Menselə buraxmalı oldu. Ancaq o yenidən komandanın yarış pilotlarından birinə çevrilə bildi. 1995-ci ildə komanda onunla hərtərəfli müqavilə bağladı. Həmin il keçirilən Portuqaliya Qran-prisindəki qazandığı qalibiyyət Kulthard ilk qələbəsi oldu. Ancaq təcrübəsizlik səbəbi ilə yarışlarda etdiyi bir neçə Kulthardın 1996-cı ildə Üilliamsdan ayrılmasına səbəb oldu. Pilot Mclaren-ə keçdi.

Mclaren komandasında

Mclarenvkomandasında ilk ili Kulthard üçün uğurlu olmur. O 7 yarışı sona çatdıra bilmir və yalnız 2 podiumda (Monako və Avropa Qran-prisi) iştirak edir. Kulthard 96-cı il mövsümünü 18 xalla 7-ci sona çatdırır.

1997-ci il mövsümündə Kulthard 2 Qran-prini uddu. İlin əvvəli Avstraliya qran-prisini qazanan pilot bundan sonra digər yarışlarda uğurlu ola bilmədi. Yalnız yarışın sonu o daha bir yarışın — İtaliya Qran-prisinin qalibi oldu. Bundan başqa o 2 dəfə 2-ci yer tutdu. Kulthard San-Marino Qran-prisində də birinci ola bilərdi, ancaq boksların məsləhəti ilə yerini komanda yoldaşı Mik Xakkinenə buraxdı. FİA bu hadisəni tənqidlə qarşıladı və təkrar olunacağı təqdirdə sanksiya tətbiq olunacağını bildirdi. Kulthard mövsümü Jan Alezi ilə birlikdə 36 xalla başa vurdu və onu yalnız əlavə parametrlərdə qabaqlayaraq 4-cü oldu. Mihael Şumaxerin diskalifikasiya edilməsi şotland pilotu 3-cü yerə yüksəltdi.

Növbəti 1998-ci il sezonu Mclaren komandası üçün çox uğurlu oldu. Onların iki pilotu Xakkinen və Kulthard bir çox yarışlarda ilk 3-lükdə qərar tutdular. Kulthard bütün mövsüm boyu 2-ci rolu oynayır və Xakkinenin çempion olması üçün ona kömək edirdi. Məsələn, Avstraliya qran-prisində Sonuncu halqaya daxil olanda Kulthard lider olsada yenidən boksların qərarï ilə Xakkinenin onu keçməsinə şərait yaratdı. Bu hadisə çox böyük tənqid və mübahisələrə səbəb oldu. Bəzi mənbələr artıq yarışdan əvvəl Xakkinen və Kulthard arasında razılıq olduğunu bildirdilər. FİA isə öz növbəsində sanksiya tətbiq etmədi. 6 dəfə 2-ci, 2 dəfə 2-ci olan Kulthard mövsümü 56 xalla 3-cü yerdə başa vurdu.

1999-cu il mövsümündə Kulthard San-Marino və İspaniya qran-prilərində birinciliyi müvafiq olaraq komanda yoldaşı Xakkinenə və Şumaxerə uduzdu. Böyük Britaniya qran-prisini Kulthard sezonda ilk qələbəsini qazandı. Mihael Şumaxerin ayağı qırıldıqdan sonra yarışdan ayrılması şotlandiyalının çempionluğu üçün yolunu çox rahatlaşdırdı. Avstriya qran-prisində Kulthard Xakkineni qabaqlayaraq birinciliyə çıxdı (Xakkinen Kulthardla toqquşaraq trasdan çıxdı). Ancaq o pit-stopda Eddi İrvayna uduzaraq ikinci oldu. Belçika Qran-prisində qazanılan qələbədən sonra Kulthard çempionluğa əsas namizədlərdən birinə çevrilmişdi. Ancaq sonuncu yarışları uğursuz keçirərək 48 xal toplayan pilot yalnız 4-cü ola bildi.

2000-ci il mövsümündə Kulthard 3 dəfə qalib gəlir və daha 8 dəfə podiuma çıxdı. Lakin bu il Mihael Şumaxer üçün çox uğurlu keçdi və o çempion oldu. Kulthard çox az fərqlə Xakkinendən geri qalaraq 3-cü yerdə qərarlaşdı.

2001-ci il mövsümündə də Kulthard çempionluğa əsas namizədlərdən biri idi. Xakkinenin uğurlu çıxışları fonunda o komandasının liderinə çevrilmişdi. Ancaq Mihael Şumaxerin fenomenal çıxışı ona çempionluğa daşıda. Kulthard isə xal baxımdan alman pilotdan çox geri qalsada 2-ci oldu. Mövsümün sonu 5-ci yeri tutan Xakkinen Formula 1-dən getdi. Kulthardın yeni mövsümdən komanda yoldaşı Kimi Raykkönen olacaqdı.

Kulthard 2002-ci ildə yalnız Monako qran-prisində Şumaxeri qabaqlayaraq qalib gəldi. Digər yarışlarda uğurlu çıxış etməyən pilot 41 xalla 5-ci yeri tutdu və podiumdan kənarda qaldı.

Kulthard ildən-ilə nəticələrini pisləşdirdi. Beləki 2003-cü ildə o yalnız Avstraliya qran-prisində qalib gəldi. Çempionatda qazandığı 7-ci yerdən sonra mətbuat onun yaxın zamanlarda Mclaren-i tərk edəcəyini yazdılar. Mclaren komandası isə Kulthardla müqavilənin pozulmayacağını bildirdi. Kimi Raykkönen Mclarenin yeni liderinə çevrilməkdə idi.

Mclaren-dəki son ilində Kulthard heç bir qran-pridə qalib gələ bilmədi. Mövsümün sonu 10-cu olan pilot müqaviləni müddətini uzatmadı və Red Bull-a keçdi.

Red Bull komandasında

Gənc Red Bull komandası Kulthardla müqavilə bağlamaq onun təcrübəsindən istifadə etmək istəyirdilər. 2005-ci il mövsümündə pilot 24 xal topladı ki, bu Avstriya komandası üçün böyük uğur oldu. Növbəti 2006 mövsümündə Kulthard 14 xal qazandı. Eyni xal növbəti mövsümdə təkrarlandı. Karyerasının sonuncu ilində Kulthard 8 xal topladı.

Şəxsi həyatı

Devid Kulthard hal-hazırda Monakoda yaşayır. 2000-ci ilə pilot sevgilisi ilə birlikdə helikopter qəzasına uğradı. Qəzada hər iki pilot həyatını itirsədə Kulthard və sevgilisi sağ qaldı. 2006-cı ildə o Formula-1 yarışlarında çalışan belçikalı jurnalist Karen Minye ilə nişanlandı. Cütlüyün 2008-ci il doğumlu oğlan övladları var. Kulthard tez-tez Qran-prilərdə qonaq kimi iştirak edir. Sahib olduğu Monako otellərindən birinin pəncərələri Monako Qran-prisinin avtodromuna açılır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.