Devastasiya
Devastasiya (lat. devastatio) - tədricən və ardıcıl surətdə həyata keçirməklə insan və heyvanların patogen helmintozlardan azad olmasına yönəldən kompleks müalicə - profilaktik tədbirlər. Akademik K.İ.Skryabinə görə, devastasiyanın əsas prinsipləri helmintoların törədicilərini bütün inkişaf mərhələlərində mexaniki, farmoterapevtik və bioloji üsulla məhv etməkdən ibarətdir. 1959-cu ildə səhiyyə və xalq təsərrüfatının ehtiyacını nəzərə alaraq K.İ.Skryabin aşağıdakı helmintlərin devastasiyasını irəli sürmüşdür: öküz və donuz soliterləri, exinokokk, qoyunlarda senurozun törədicisi.
Ədəbiyyat
1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.