Deva
Deva — Rumıniyanın qərbində şəhər. Hunedoara judetinin inzibati mərkəzidir.[2]
Şəhər | |||
Deva | |||
---|---|---|---|
ing. Deva, Romania | |||
|
|||
45°52′19″ şm. e. 22°54′42″ ş. u. | |||
Ölkə | |||
Tabesində | Hunedoara | ||
Başçı | Mirsia Muntean | ||
Tarixi və coğrafiyası | |||
Sahəsi | 60.03 km² | ||
Mərkəzin hündürlüyü | 187 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi | 61,123 nəfər (2011) | ||
Sıxlığı | 1,000 nəf./km² | ||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +40 a54 | ||
Poçt indeksi | 330005–330260 | ||
Digər | |||
Deva şəhərinin rəsmi internet səhifəsi | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
Әhalisi 56,6 min (2011) nəfərdir; Hunedoara şəhər və şəhərətrafı ilə birlikdə əhalisi 250 mindən çox olan aqlomerasiya əmələ gətirir.[2]
Coğrafiyası
Mureş çayı dərəsinin solsahil hissəsində, Poyana Ruskedrının şimal yamacı ətəklərində yerləşir. Avtomobil və dəmiryolları qovşağıdır və aeroportdur.[2]
Tarixi
Adı ilk dəfə 1269-cu ildə Transilvaniyadan Macarıstanın mərkəzi rayonlarına gedən ticarət yolunun üstündəki eyniadlı qalanın yanındakı məskən kimi qeyd olunur. 13–14-cü əsrlərdə Deva macarlar, vlaxlar və Almaniyadan gəlmələrlə (şəhərin almanca adı Dimrixdir [Diemrich]) məskunlaşdı. Y. Hunyadinin hakimiyyəti dövründə (15-ci əsrin ortaları) Transilvaniyanın mühüm inzibati və hərbi mərkəzinə çevrildi. 1550-ci illərdə Deva qalası dəfələrlə osmanlılar tərəfindən mühasirəyə alındı. Avstriya-Türkiyə müharibəsi (1683–99) “Dyalul Çetesi” (“Qala dağı”) arxeoloji abidəsi: Neolit, Tunc dövrü məskənlərinin Halştatın, dakların Singidava qalasının; orta əsrlər qalasının xarabalıqları; floristik təbiət qoruğu şəhərin hüdudlarında yerləşir.[2]
Memarlığı
Transilvaniya knyazları Betlenlərin Renessans üslubunda Maqna-Kuriya sarayı (16, 17–18-ci əsrlər; 1882-ci ildən Dakiya-Roma mədəniyyəti muzeyi dir); fransiskçilər monastırı (18 əsr),sinaqoq (1896), Reformasiya kilsəsi (1908–10), tarixi tikililər (18–20 əsrlər) Devanın memarlıq abidələridir. Dakların hökmdarı Desebala abidə qoyulmuşdur (20 əsrin 1-ci yarısı). Ekologiya və Turizm Universiteti (1990, özəl), İdman gimnastikası liseyi (məzunları – dünya və Olimpiya Oyunları çempionları N.Komeneç, E.Sabo və b.); estrada teatrı var.[2]
Sənayesi
Əlvan metallurgiya: “Minvest” dövlət holdinqinin mənzil-qərargahı və aparıcı müəssisəsi (mis, polimetal və s. filizlərin zamanı şəhər avstriyalılar tərəfindən tutuldu (1686). 1918-ci ilin dekabr ayından Rumıniyanın tərkibindədir. Dövlət tərəfindən mühafizə olunan saflaşdırılması fabriki); ağac emalı, poliqrafiya, yüngül, yeyinti (o cümlədən ət konservləri) sənayesi müəssisələri fəaliyyət göstərir; tikinti materialları və konstruksi yaları istehsal olunur. İES var. Yaxınlığın da mis və polimetal filizlər, həmçinin qızıl, gümüş və s. hasil edilir.[2]
Qalereya
- Deva qalasının təmir zamanı qalıqları
- Maqna Kuria
- Fransiska monastrının kilsəsi 1724-cü ildə inşa edilib.
- Hunedoara prefekturası
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Deutsche Nationalbibliothek Record #4090781-8, Record #1046119-X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Deva // Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. — VI cild. — Səhifələrin sayı: 608. — Səh.: 507-508. — ISBN 978-9952-441-11-6.