Detroit: Become Human

Detroit: Become Human 2018-ci ildə Quantic Dream tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra videooyunudur. Süjet xətti üç androidi izləyir. Xidmətçi androit olan Kara (Valori Karri) öz sahibindən qaçaraq, özünün yeni kəşf etdiyi hissiyyatını araşdırır və sahibinin gənc qızını qoruyur. Konor (Brayan Dekart) şüurlu androidləri ovlamaqla tapşırıqlandırılmışdır. Markus (Cesse Uilyams) isə özünü digər androidləri köləlikdən xilas etməyə həsr etmişdir.

Detroit: Become Human
Hazırlayanlar Quantic Dream
Yayımlayanlar Sony Interactive Entertainment, Quantic Dream
Buraxılış tarixləri 25 may 2018, 12 dekabr 2019
Janrlar Macəra
Rejissor Devid Keyc
Prodüserlər Sofi Bul
Dizayner Simon Vaselin
Ssenarist
Proqramçılar Cin-Çarls Perier
Bəstəkar
  • Filip Şepard
  • Nima Fəxrara
  • Con Paesano
Texniki məlumat
Platformalar
Oyun rejimləri Birnəfərli oyun
İnterfeysin dili ingilis dili[5], fransız dili[5], italyan dili[5], alman dili[5], ispan dili[5], ərəb dili[5], çex dili[5], Danimarka dili[5], fin dili[5], yunan dili[5], Macar dili[5], yapon dili[5], koreyaca[5], Norveç dili[5], polyak dili[5], portuqal dili[5], braziliya portuqal dili[5], isveç dili[5], türk dili[5], niderland dili[5], rus dili[5], ənənəvi Çin dili[d][5], sadələşdirilmiş Çin dili[d][5]
Daşıyıcı Blu-ray Disc, rəqəmsal distribusiya
İdarəetmə geympad, kompüter klaviaturası, kompüter siçanı
Rəsmi saytı
Rəsmi saytı

Detroit: Become Human "Quantic Dream"in 2012-ci ildəki Kerinin rol aldığı Kara texnologiya nümayişi əsasında hazırlanıb. Mühiti araşdırmaq üçün tərtibatçılar Detroytə səyahət ediblər. Oyunun yazıçısı və rejissoru Devid Keyc ssenarini 2 ildən çox bir müddətə tamamlamışdır. Oyun üçün yeni bir oyun mühərriki yazılmış, çəkiliş və animasiyaların hazırlanmasından öncə yüzlərlə aktyorla kastinq edilmişdir. Filip Şepard, Nima FəxraraCon Paesano müvafiq olaraq Kara, Konor və Markus obrazları üçün müsiqi bəstələmişlər. Oyun 2018-ci ilin May ayında PlayStation 4, 2019-cu ilin Dekabr ayında isə Microsoft Windows platforması üçün buraxılmışdır.

Detroit: Become Human tənqidçilər tərəfindən ümumən çox yaxşı rəy almışdır. Təndiqçilər oyunun mühitini, vizual effektlərini, hekayəsini, əsas obrazlarını, obrazları səsləndirənləri, oyundakı seçimlərin hekayəyə olan təsirini və blok-sxem özəlliyini tərifləməklə paralel hərəkət nəzarətini, tarixi və tematik alleqoriyaların yanlış idarə olunmasını və süjet və personajların aspektlərini tənqid etmişlər. Oyun, Quantic Dream şirkətinin ən uğurlu buraxılışı olmaqla yanaşı, həm də 6 milyonu keçməklə ən çox satılan oyunu olmuşdur.

Gameplay

Konor, azyaşlı qızı girov götürən androidlə danışıqlar aparır. Oyunçuya cari vəziyyəti həll etmək üçün fərqli dialoq seçimləri verilir.

Detroit: Become Human üçüncü şəxs baxış bucağı ilə oynanılan bir macəra oyunudur,[6][7][8] hansı ki, müəyyən edilmiş və idarə oluna bilən perspektivə tabe olur.[9] Oyunda oynanıla bilən çoxlu obrazlar mövcuddur. Əgər oyunçulardan biri ölərsə, hekayə onsuz davam edir.[10][11] Buna görə də oyunda hər hansısa bir oyunçunun ölməsinə görə "Game Over" (oyun bitdi) mesajı göstərilmir.[12]

Həmçinin bax

Qeydlər

  1. Başlanğıcda, intervyularda əsas yazıçı olaraq təqdim olunsa da,[1][2][3] sonradan "əlavə yazıçı" olaraq təqdim olundu.[4]

İstinadlar

  1. Steam. 2003.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.