Desepşen

Desepşen (ing. Deception) — Cənubi Şetland adaları qrupuna daxil olan vulkan məşhəlli ada. Kalderası su ilə dolmuş körfəz əlverişli havandır.

Desepşen adası
ing. Deception
Ümumi məlumatlar
Sahəsi 137 km²
Uzunluğu
  • 14,4 km
Eni 12,2 km
Hündür nöqtəsi 576 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
62°57′00″ c. e. 60°36′00″ q. u.
Ölkə  Antarktida
Arxipelaq
Desepşen adası xəritədə
Desepşen adası
Desepşen adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Ada Livinqston adasından 20 km cənubda, Bransfild boğazında, Horn burnundan 850 km cənub-şərqdə yerləşir. Demək olar ki, dairəvi formaya malikdir. Adanın diametri 14 km-dir. Adanın mərkəzində yerləşən kalderanın diametri 5 km-dir. Kaldera 10 000 il öncə formalaşmışdır[1]. Vulkan kalderasında formalaşan körfəz Port-Foster adənı daşıyır. Bu Antarktika ərazisində təbii halda olan nadir havanlardan sayılır. Havan Neptune’s Bellows adını daşıyır. Adanın 57 % səthi buzla örtülüdür. Ən hündür nöqtəsi Maunt-Pond (ing. Mount Pond) (539 m) dağıdır. Burada çoxlu sayda höl vardır.

Tarix

Ada 29 yanvar 1820 ildə[2] Edvard Bransfild bölgədə üzərkən dumanta torpaq aşkarlayır. Adaya adı Nataniel Palmer 1820-ci ilin noyabrında "Hero" gəmisində üzərkən vermişdir. 1829-cu il 9 yanvardan 8 marta qədər adada ilk elmi antarktik ekspedisiyasının bazası rolunu oynamışdışdır. Henri Foster adada bir çox ölçmə işləri aparmışdır. Kapitan Eduard Nikolas Kendall adanın dəqiq topoqragik xəritəsini tərtib etmişdir. 1838-ci ilin fevralında adada qısa müddətli dayanacaq kimi Dümon Dürvil istifadə etmişdir. 1842-ci ildə isə adanı Çarlz Uilksin ekspedisiyasında iştirak edən leytenant Robert Conson ziyarət etmişdir.

1906-cı ildə ada balina ovu sənayesinə cəlb edilmişdir. Adada yerləşən körfəz 27 balina ovunu həyata keçirən gəminin yerləşməsinə imkan verir. 1912-ci ildən 1931-ci ilə qədər adada balina ovunu həyata keçirən stansiya fəaliyyət göstərmişdir[3]. 1912–1913 illərdə Desepşen adasında Cənubi Georgiya adasından 5000 çox balina ovlanmışdır.

İkinci Dünya müharibəsində Argentina qüvvələri Primero de Mayo gəmisində adaya gələrək öz bayraqlarını bura sancırlar. 1944-cü ilin fevralında isə Ueylers-Bey körfəzi sahilində Base B sransiyasını yerləşdirirlər. Bu stansiya 1967-ci ilə qədər fəaliyyət göstərmişdir. Argentina isə adada 1947-ci ildə öz stansiyasıyalarını yerləşdirirlər. Stansiya 1969-cu ildəki püskürməyə qədər fəaliyyət göstərmişdir. 1986 ildən isə stansiya mövsümü fəaliyyət göstərir.

İspaniyaya məxsus olan Gabriel de Castilla stansiyası

1955-ci ildə adada Çiliyə məxdus stansiya inşa edilir. Ancaq 1967-ci il püskürməsi standiyanı məhv etmişdir.

1989-cu ildən adada İspaniyaya məxsus olan Gabriel de Castilla[3][4] stansiyası fəaliyyət göstərir.

İqlimi

Adanın iqlimi qütb dəniz tipidir (ing. polar maritime). Orta illik trmperatur −2.9 °C. Maksimal temperatur 11 °C, minimal isə — 28 °C olmuşdur. Yanvar ayının orta temperaturu +1 °C, iyul ayının isə — 8 °C-dir. Orta illik yağıntının miqdarı 500 mm-dir. Küləklər şimal-şərq və qərb istiqamtdə əsir. Havanın rütübətliyi 86 %-dir[5][6].

Vulkanik aktivlik

Vulkan əsasən XVIII–XIX əsrlərdə daha aktiv olmuşdur. ХХ əsrdə vulkanın aktivliyi iki dövrə bölünür: 1906–1910 və 1967–1970 illər. 1992 ildə seysmoaktivlik səthin deformasiyası müşahidə edilmişdir. Bir müddət sonra isə aktivlik stsbilləşmişdir. Ancaq Porta-Foster körfəzinin dibini qalxmaqda davam edir. Təqribi olaraq səth ilə 30 sm qalxır[5]. 2014–2015 illərdə aparılan araşdırmalar onu göstərdi ki, seysmiklik artır[4].

1967 il puskürməsi 4 dekabrda başlamışdır. Nəticədə kalderanın şimal hissəsində 5 км uzunluğu olan cat əmələ gəlmişdir. Nəticədə kiçik ada əmələ gəlmişdir. 1970 il küsürməsi nəticəsində 13 yeni krater əmələ gəlmişdir[7].

Flora və fauna

Bitki örtüyü Antarktikanın digər hissələrinə nisbətdə unikaldır. Burada 18 növ mamır yayılmışdır. 1967-69-cu illərdəki püskürmədən sonra təbiət tədricən bərpa olunur.

Burada 18 növ Gənələr, 1-növ milçəklər, 3-növ Ərincəklilər, 9-növ Ayaqquyruqlar, 3-növ xərçəngkimilər, 14-növ Yumru qurdlar, 1-növ Kirpikliqarın qurdlar və 5-növ ​​Rotatorilər yayılmışdır.

Adada böyük miqdarda Antarktika pinqvini yaşayır. Nadir hallarda burada Makaronlar pinqvini yuva qurur. Adada dəniz quşlarından Antarktika sahilqağayısı, Dominikan qağayısı, Kap fırtınaquşu, Vilson kaçurkası, Antarktik susüpürəniCatharacta antarcticanı görmək olur.

Desepşen məməlilərin balavermə yeri kimi məşhur deyil[5].

İstinadlar

  1. "Deception Island – the Antarctic volcano that just doesn't make any sense". The Conversation Trust. April 7, 2015. İstifadə tarixi: 2016-08-08.
  2. William James Mills. Exploring polar frontiers : a historical encyclopedia. — ABC-CLIO, Inc, 2003. — P. 183–184. — 844 p. — ISBN 1-57607-422-6.
  3. "Deception Island. A restless volcanic giant that still haunts the island..." Eco-Photo Explorers. 2007-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 09-08-2016.
  4. "Deception Island". Smithsonian Institution. June 2015. 2016-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-10.
  5. "Deception Island. Management Package" (PDF). Секретариат Договора об Антарктике. 2018-11-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.
  6. "DECEPTION ISLAND, ANTARCTICA". Weatherbase. 2016-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.
  7. "Deception Island volcano eruptions". VolcanoDiscovery. 2016-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-17.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.