Denni Denzonqpa

Tsherinq Phintso Denzonqpa (25 fevral 1948, Qanqtok) – daha çox Denni Denzonqpa adı ilə tanınan hindistanlı aktyor, rejissor, müğənni. Padma Şri ordeninin kavaleridir. Denni 25 fevral 1948-ci ildə Sikhim krallığının paytaxtı Qanqtokda buddist ailəsində anadan olub. 1964-cü ildə St. Yozef adına kolleci bitirib. Erkən yaşlarında atçılıqla məşğul olub. Kino aktyor olması ilə yanaşı həm də rəssam, yazıçı və heykəltəraşdır. Kinoda daha çox mənfi obrazları canlandırıb. İlk dəfə olaraq rejissor Rackumar Santoşi ona "Çin qapıları" filmində müsbət rol oynamağı təklif edib. 2000-ci illərin əvvəlllərində Denni "Aşoka" və "16 dekabr" kimi filmlərdə yüksək aktyor oyunu ortaya qoyub. Yaratdığı mənfi obrazlar arasında, nadürüst siyasətçini, rüşvətxor polis zabitini, satqını və s. misal göstərmək olar. Denzonqpa eyni zamanda bir sıra xarici kino layihələrdə iştirak edib. Bred Pittin baş rol oynadığı "Tibetdə yeddi il" dramında görüntülənib. 2003-cü ildə karyerasında fasilə etmək qərarına gəlib, belə ki, bundan sonra yalnız güclü rollarda, mənfi rollar olsa belə oynuyacağını qarşısına məqsəd qoyub. Ekranlara böyük qayıdışı 2010-cu ildə baş tutub. Belə ki, Ayşvariya Ray və Racnikantın iştirakı ilə tamil dilində olan "Robot" filminə çəkilib. 2015-ci ildə Akşay Kumarın baş rola çəkildiyi "Tapıb zərərsizləşdirmək" filmində kordinator Firuz Xan rolunu oynayıb. Evlidir. Bir oğlu və bir qızı var.

Denni Denzonqpa
hind. डैनी डेन्जोंगपा
ing. Danny Denzongpa
Doğum tarixi 25 fevral 1948(1948-02-25) (76 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti kino aktyoru, kinorejissor, televiziya aktyoru
Fəaliyyət illəri 1963-cü ildən
Mükafatları İncəsənətdə xidmətlərinə görə Padma Şri
IMDb ID0219939
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.