Denis Urubko
Denis Urubko (29 iyul 1973, Nevinnomıssk, RSFSR, SSRİ) — Rus əsilli Qazaxıstanlı alpinist. 2009-cu ildə o, 14 səkkizminliyin hamısını fəth etmiş on beşinci, oksigen balonu istifadə etmədən fəth edən səkkizinci şəxs kimi tarixə düşüb.
Şəxsi məlumatlar | |
---|---|
Milliyəti | rus |
Doğumu | 23.07.1973 Nevinnomıssk, RSFSR, SSRİ |
Peşəsi | alpinist peşəkar idmançı məşqçi yazıçı dağ bələdçi |
Saytı | http://urubko.blogspot.com |
Alpinistlik karyerası | |
Tanınır | Səkkizminlikləri 19 dəfə fəth etdiyinə görə |
24 oktyabr 2015 tarixində yenilənmişdir. |
2006-cı ildə Urubko yeni sürət rekordunu müəyyənləşdirməklə yanaşı Elbrus dağına sürətli dırmanma yarışında qalib gəlib. O Azau məntəqəsindən zirvəyə 3 saat, 55 dəqiqə, 58 saniyəyə çatıb. Bu fəthdə o təxminən saatda 800 metr şaquli qalxma sürəti ilə 3250 metr məsafəyə şaquli istiqamətdə dırmanıb. Denis Urubko bu zirvəni növbəti tamamlayan iştirakçıdan təxminən 40 dəqiqə tez bitirib.[1] O həmçinin Xan-Tenqri dağ festivalında da qalib gəlib.[2]
Urubko qışda iki 8000 metrdən yüksək zirvəni fəth edib. 2009-cu ildə Simone Moro ilə birlikdə Makalunu və 2011-ci ildə Kori Riçards və Simone Moro ilə birlikdə Gaşerbrum II zirvəsini fəth edib. Urubko həmçinin Ço-Oyu, Manaslu və Broud zirvələrini fəth etmək üçün yeni marşrutlar açıb.[3] Ümumilikdə o, 8000 metrlik zirvələri 19 dəfə əth edib. Denis Urubko keçmiş SSRİ-də beş yeddiminlik zirvəni fəth etdiyinə görə Qar bəbiri mükafatına layiq görülüb. O bu nailiyyətini oksigen balonundan istifadə etməyərək 1999-cu ilin yayında cəmi 42 gündə tamamlayıb.
İstinadlar
- "Urubko Crushes Mt. Elbrus Course. climbing.com". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
- "Khan Tengri Mountain Festival". 2camels.com. 2011-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
- "Climbers - First 14". 8000ers.com. 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.