Dendrologiya

Dendrologiya(yun. Dendron – ağac və «loqos» – öyrənmək) – botanikanın bir bölməsi. Ağac və kol bitkilərinin morfologiyasını, sistematikasını, ekologiyasını və coğrafi yayılmasını öyrənir. Ağac bitkilərinin seleksiyası da dendrologiya dəlilləri əsasında aparılır. Respublikamızın alimlərinə görə Azərbaycanda 450-dən çox yabanı ağac və kol növləri bitir. Onların 70-i endemik növlər olub, respublikamızdan başqa dünyanın heç bir yerində təbii halda bitmir. Azərbaycan AMEA Botanika institutunda, MərdəkanGəncə dendroparklarında, Azərbaycan Elmi-tədqiqat Meşəçilik İnstitutunda (BərdəAbşeron) yeni ağac və kol növlərinin yetişdirilməsi və iqlimə uyğunlaşdırılması sahəsində tədqiqatlar aparılır. [1]

İstinadlar

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. səh. 95
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.