Demyanka çayı
Demyanka[1][2] — Qərbi Sibir ərazisindən axan və İrtışın sağ qolunu təşkil edən çay.
Demyanka | |
---|---|
rus. Демянка | |
| |
Ölkə | Rusiya |
Mənbəyi | Vasyuqan bataqlığı |
Mənsəbi | İrtış--> Ob |
Uzunluğu | 1160 km |
Su sərfi | 155 m³/s |
Su hövzəsi | 34800 |
Hövzəsinin sahəsi | 34.800 km² |
|
|
DSR | 14010700112115300013982 |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Çay başlanğıcını Vasyuqan bataqlığıdan Omsk vilayətinin şimal-şərqindən götürür. Sonra Tümen vilayətinin Uvatski rayonu ərazisinə keçir. Ən iri qolları: Keum, Tyamka (sağ), Tequs, Urna, İmqıt, Böyük Kunyak (sol).
Çayın uzunluğu 1159 km təşkil edir. Su hövzəsinin sahəsi 34800 km², düşməsi 90 metrdir. 50 qolun uzunluğu 10 km çoxdur. Hövzəsinə 1689 su axarı tökülür. Qollarının birlikdə uzunluğu 10 913 km təşkil edir. Çay kənarlarında qarışıq meşələr yayılmışdır. Meşələrdə Şam, Söyüd, Ağcaqayın Çinar kimi ağaclara rast gəlmək olar.
Hidrologiyası
Çayın yatağı yuxarı və orta axarlarda trapez formasına malikdir. Sahilliləri hündür, bəzi yerlərdə isə sıldırımlıdır. Demək olar ki, axdığı ərazilərin böyük hissəsi düzənlikdir. Çay əsasən yağış suları ilə qidalanır. Qar suları qidalanmada müəyyən rol oynasada qrunt suları demək olar ki bu məsələdə iştirak etmir. Səbəb isə hövzənin yerləşdiyi ərazinin çox illik qrunt buzları zonasında yerləşməsidir. Dibi qilli və qumludur. Yaz daşqınları zamanı gəmiçilik üçün yararlı olur[3]. İlin qalan vaxtları bu baxımından yararsızdır.
Demyanka çayının hövzəsi 50% bataqlaşmış ərazilərdən ibarətdir. 45% isə keçilməz meşə zolağıdır. Daxili bataqlaşmış göllərlə örtülüdür.
Əhəmiyyəti
Suları balıqlarla zəngindir. Ancaq demək olar ki, həvəskar balıqçılıq[4] istina olaraq sənaye həcminə tadarük həyata keçirilmir. Meşə sənayesi isə inkişaf etmişdir. Tədarük əsasən şaxtalar düşdükdən sonra həyata keçirilir. Səbəb isə meşənin bataqlıqlaşmış əlazilərdən ibarət olması və yayda keçilməzliyidir. Hövzəsində bircə Demyanka qəsəbəsi vardır. Ümumilikdə isə az məskunlaşılmışdır. Sahillərində iri yaşayış məntəqəsi yoxdur.
Qolları
- 13 km: Savinkova (sol)
- 35 km: Nyorım
- 46 km: adsız çay (sağ)
- 49 km: Nelım (sağ)
- 50 km: Posnal (sol)
- 68,3 km: Nöyük Peril (sol)
- 68,6 km: Kalça (sol)
- Voçyax (sol)
- 91 km: Xatnıseqa (sol)
- Starep (sağ)
- Soydış (sağ)
- 167 km: Jarnyakova (sol)
- 197 km: Keum (sağ)
- 211 km: Uima (sol)
- 240 km: Tayqıteqa (sol)
- Nemkurova (sağ)
- Aşparan (sağ)
- 276 km: Maryak (sol)
- Vinkurov (sğ)
- 294 km: Çeldıyak (sol)
- 299 km: Yazeva (sağ)
- 303 km: Böyük kunyak (sol)
- 332 km: Kiçik kunyak (sol)
- 353 km: Tarambal (sağ)
- 383 km: Vоxsаreqa (sol)
- 395 km: Böyük Uim (sol)
- 413 km: Avaseqa (sol)
- 424 km: Puxtaneqa (sol)
- 432 km: Tarbateqa (sol)
- 449 km: Samateqa (sağ)
- 456 km: Tyamka (sağ)
- 464 km: Böyük Kalemeqa (sağ)
- 513 km: İtkieqa (sol)
- 530 km: Pekman (sol)
- 554 km: Kiskas (sol)
- 571 km: İmqıt (sol)
- 578 km: Böyük Pixtovaya (sağ)
- 591 km: Polski Buerak (sol)
- 596 km: Talsiya (sağ)
- 636 km: Böyük Tamorqa (sol)
- 666 km: Vaskina (sol)
- 689 km: Kirilkina (sol)
- 692 km: Tişkina (sol)
- 706 km: Şaxmatova (sol)
- 750 km: Аrdyanka (sağ)
- 764 km: Urna (sol)
- 801 km: Böyük Kazak (sol)
- 848 km: Böyük Erşovaya (sol)
- 861 km: Malaya Erşovaya (sol)
- 928 km: Tequs (sol)
- 940 km: Koim (sol)
- 968 km: Yotımas (sağ)
- 1007 km: Katis (sol)
- 1020 km: Böyük kızım (sol)
- Lef (sağ)
- 1061 km: Şərqi Demyanka (sağ)
- 1134 km: Yaqodnaya (sağ)
İstinadlar
- "Государственный водный реестр РФ: Демьянка".
- "Demyanka çayı". 2020-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- "Demyanka daşqından sonra mənsəbini dəyişdi". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- "Həvəskar balıqçılıq". 2016-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.