Dempinq

Dempinq — (ingilis dumping-azalma sözündəndir)- malların daxili və xarici bazarda süni surətdə endirilmiş, orta pərakəndə qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır.

Dempinq bazara müdaxilə etmək, orada yer tutmaq, rəqibləri sıxışdırıb çıxarmaq məqsədilə həyata keçirilir. Hökumətlər və ya şirkətlər tərəfindən isə gələcəkdə dempinq hesabına bazarda möhkəm mövqeyə nail olunduğu halda cari xərclərin ödənilməsi üçün istifadə edilir.

Dünya iqtisadiyyatı təcrübəsində bir çox ölkələrdə antidempinq qanunlarının qəbul edilməsi, xüsusi dempinqə əks rüsumların müəyyən edilməsi yolu ilə dempinqə qarşıdurma qəbul edilir.

İstinadlar

    Xarici keçidlər

    https://bbn.az

    https://tr.m.wikipedia.org

    http://www.e-qanun.az

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.