Demokratik Monteneqro
Demonratik Monteneqro (serb. Демократска Црна Гора / Demokratska Crna Gora) — mərkəzçi[1] və Monteneqroda universal partiya. Hazırda partiyanın 2016-cı ildə seçilmiş 8 millət vəkili var. İndiki lideri və qurucusu Alexa Beçiçdir.
Demonratik Monteneqro | |
---|---|
Quruluş tarixi | 19 aprel 2015 |
Qeydiyyat tarixi | 19 aprel 2015 |
Baş qərargah | Podqoritsa, Monteneqro |
İdeologiya | Konservativ liberalizm, Avropaya meyllik |
İdeoloji spektr | Mərkəzçilik |
Saytı | Demonratik Monteneqro |
Tarix
Demonratik Monteneqro 2015-ci ildə Sosialist Xalq Partiyası fraksiyasının bölünməsi və Monteneqro Parlamentində iki millət vəkili ilə təmsil olunan yeni bir siyasi partiyanın qurulması ilə formalaşır[2][3].
2016-cı ilin oktyabr ayında keçirilən parlament seçkilərində Demokratlar millət vəkil sayını 2-dən 8-ə qaldırır və həmin il keçirilən yerli seçkilərdən sonra partiya Budva və Kotor bələdiyyələrinin bələdiyyə başçıları vəzifələrini ələ keçirməyi bacarır. 2017-ci ilin may ayında Hersev Novi şəhərində keçirilmiş yerli seçkilərdə partiya 34 yerdən 9-u qazanır və yerli hökuməti quran müxalifət koalisiyasına rəhbərlik edir[4].
2018-ci ilin martında demokratlar, Demokratik Cəbhə, Sosialist Xalq Partiyası, Birləşmiş Reformasiya Fəaliyyəti kimi müstəqil namizəd Mladen Bojanicin 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərində Monteneqro prezidentliyinə namizədliyini dəstəkləməyə qərar verir. Seçkilərdə Bojaniç səslərin 33,40 % -i toplayaraq Mila Cukanoviçdən sonra ikinci yeri tutur.
2018-ci il yerli seçkilərində demokratlar bir sıra bələdiyyələrdə Birləşmiş Fəaliyyət Reformu ilə seçki koalisiyası qurur. Seçkilərdən sonra demokratlar yalnız Beranedə yerli hakimiyyətin bir hissəsi olur[5]. Demokratik Cəbhə və Sosialist Xalq Partiyası seçkidən sonra koalisiya qurur. Bələdiyyələrin qalan hissəsində partiya müxalifət olaraq qalır.
2020-ci ilin iyulunda Demokratik Monteneqro, Demos, Yeni Sol və PUPInin yanında liberal siyasətçi Vladimir Pavicevic, bəzi müstəqil namizədlərlə birlikdə "Sülh, bizim millətimizdir" (Mir je naša nacija) koalisiyasına qoşulmağa qərar verir[6]. Demonratik Monteneqro Partiyası 2020-ci ilin avqust ayında keçirilən parlament seçkilərində bu birlik altında iştirak edir[7].
İstinadlar
- Nordsieck, Wolfram. "Montenegro". Parties and Elections in Europe. 30 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2020.
- "Bečić predstavio "Demokratsku Crnu Goru"". RTCG — Radio Televizija Crne Gore — Nacionalni javni servis. 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
- "Bečić izabran za predsjednika "Demokratske Crne Gore — Demokrata"". portalanalitika.me. 2019-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
- "Arxivlənmiş surət". 2018-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
- "Arxivlənmiş surət". 2018-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
- U Crnoj Gori formiran "Građanski blok" Arxivləşdirilib 2020-07-13 at the Wayback Machine, rts.rs
- Formiranje Građanskog bloka Arxivləşdirilib 2020-09-03 at the Wayback Machine, Vijesti