Milli Həmrəylik Partiyası

Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur.

Milli Həmrəylik Partiyası
Sədri Əlisahib Hüseynov
Qurucu Məmməd Əlizadə
Quruluş tarixi 1992(DADP)
2020 (MHP)
Qeydiyyat tarixi 10 fevral 1993
Dağılma tarixi 9 iyun 2023
Birləşən Böyük Millət Partiyası[lower-alpha 1] (2008)
Bölünmə Böyük Millət Partiyası [lower-alpha 1] (2009)
Baş qərargah
İdeologiya Azərbaycançılıq
Mərkəzçilik
Saytı mhp.az

Tarixçə

Demokratik Azərbaycan Dünyası Partiyası (1992–2020)

2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib.[1]

2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür :

  • Fatma Əliyeva sədrliyində
  • Əlisahib Hüseynov sədrliyində

2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir.

Milli Həmrəylik Partiyası (2020–2023)

23 avqust 2020-ci il tarixində DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi.[2]

9 iyun 2023-cü il tarixində Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır.[3]

Rəhbərlik

Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur.[4] Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir. 2013-cü ildən partiyanın sədri Əlisahib Hüseynovdur.

Seçkilərdə

2008-ci il prezident seçkilərində partiya namizəd İlham Əliyevi dəstəkləyib. 2005-ci il parlament seçkilərində 57 namizəd irəli sürülsə də, bunlardan heç biri seçilməyib. 2009-cu il bələdiyyə seçkilərində 300 nəfər namizədliyini versə də, bələdiyyə üzvlüyünə 3 nəfər seçilib.

2013-cü ildə partiya prezidentliyə Mehriban Əliyevanın namizədliyini irəli sürmək təşəbbüsü ilə çıxış etsə də, daha sonra İlham Əliyevin namizədliyini dəstəkləmişdir.[5]

Parlament

Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995
Məmməd Əlizadə
0 / 100
0 / 125
2000
0 / 100
0.26
0 / 25
0 / 125
2005
0 / 125
0 / 125
201011 1100.46
0 / 125
0 / 125
2015 Əlisahib Hüseynov3 2300.11
0 / 125
0 / 125
2020
0 / 125
0 / 125

Bələdiyyə

Seçki Sədr Səs Bələdiyyə üzvü
#  % ±
1999 Məmməd Əlizadə
0 / 20.456
2004
0 / 20.346
2009
3 / 15.591
2014 Əlisahib Hüseynov
0 / 15.035
2019
0 / 15.156


Qeydlər

  1. Rəsmi dövlət qeydiyyatında olmayan partiya.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
  2. "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
  3. "Azərbaycanda daha bir partiya özünü buraxdı - SON BƏYANAT". musavat.com. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
  4. "Demokratik Azərbaycan Dünyası Partiyasında qalmaqal". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  5. "Arxivlənmiş surət". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.

Mənbə

  • Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı: 2010, səh. 130–131.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.