Demokrat Partiya (Türkiyə, 2007)
Demokrat Partiya (türk. Demokrat Parti) — 27 may 2007-ci ildə Doğru Yol Partiyasının adını və loqosunu dəyişməsi nəticəsində qurulan türk siyasi partiyası.
Demokrat Partiya | |
---|---|
Sədri | Güktəkin Uysal |
Qurucu | Mehmed Ağar |
Quruluş tarixi | 27 may 2007 |
Baş qərargah | |
İdeologiya | Liberal konservatizm |
İdeoloji spektr | mərkəz sağ |
Üzv sayı | ▼ 437.214[1] |
Parlamentdə |
3 / 600 |
Bələdiyyədə |
|
Saytı | dp.org.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Sələfi
Partiyanın kökləri 1946-cı ildə Cəlal Bayarın öndərliyi ilə yaradılan eyni adlı siyasi təşkilata dayanır. Bu partiaya 1950-ci il parlament seçkilərində qələbə qazanaraq Cümhuriyyət Xalq Partiyasından sonra Türkiyədə iqtidara gələn ilk partiya oldu. Demokrat Partiyadan Adnan Menderes baş nazir, Cəlal Bayar isə prezident seçildi. Demokrat Partiya iqtidarının hakimiyyətinə 1960-cı il 27 may çevrilişi ilə son qoyuldu.
Partiya ləğv olunsa da idealogiyası sonrakı illərdə başqa partiyalarda yaşadı. Bunlardan ən əsasları Ədalət Partiyası, Ana Vətən Partiyası və Doğru Yol Partiyası idi. Bu siyasi qurumlar 2000-ci illərə kimi Türkiyə siyasi həyatında böyük rol oynamış və bir neçə dəfə iqtidara gəlmişlər.
Müasir dövr
27 may 2007-ci ildə Mehmed Ağarın rəhbərlik etdiyi Doğru Yol Partiyası adını və emblemini dəyişdirərək Demokrat Partiyaya çevrildi. Bu vaxt digər mərkəz sağ partiyası Ana Vətən Partiyasının (ANAP) da DP-yə birləşəcəyi gözlənsədə, yaranan mübahisələrə görə bu baş vermədi[2]. DP qurulduğu il keçirilən parlament seçkilərində cəmi 5,4% səs topladı. Bundan sonra Mehmed Ağar istefa verdi.
2009-cu ilin oktyabrında ANAP-da demokratlarla birləşdi. Bu ildən Hüsaməddin Cindoruk partiyanın sədri seçildi.
DP 2010-cu ildə konstitusiyaya edilən dəyişiklikləri dəstəkləmədi.
2012-ci ildə Gültəkin Uysal partiya sədri seçildi və hazırda da bu vəzifəni icra edir.
2018-ci il parlament seçkilərində Afyonqarahisar seçki dairəsində qələbə qazanan DP məclisdə təmsil olunma hüququ qazandı.
2020-ci il 16 dekabr tarixində MHP-dən istefa edən Ordu millət vəkili Camal Enginyurt partiya sıralarına qatılmışdır.
Seçkilərdə
2014-cü il prezident seçkilərində bitərəf Əkmələddin Ehsanoğlunu dəstəklədi. Ehsanoğlu seçkilərdə 38,44% səs toplayaraq ikinci oldu.
2018-ci il parlament seçkilərində CXP, İYİ və Səadət Partiyasının yaratdığı Millət İttifaqı koalisiyasına daxil oldu[3]. Afyonqarahisar seçki dairəsində qələbə qazanan DP məclisdə 1 deputatla təmsil olunma hüququ qazandı.