Demmin

Demmin (alm. Demmin) - Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətində yerləşən şəhər. Əhalisi 11 min nəfərdir.

Demmin
Demmin
Gerb
Gerb
53°54′18″ şm. e. 13°02′38″ ş. u.
Ölkə  Almaniya
Region Meklenburq-Ön Pomeraniya
Tarixi və coğrafiyası
Əsası qoyulub XIII əsr
Sahəsi 80.653 km²
Mərkəzin hündürlüyü 8 m
Saat qurşağı UTC+1
Əhalisi
Əhalisi 11.890 nəfər (2015)
Rəqəmsal identifikatorlar
Telefon kodu +49 3998
Poçt indeksi 17109
Nəqliyyat kodları MSE, AT, DM, MC, MST, MÜR, NZ, RM, WRN
Digər
demmin.de  (alm.)
Demmin xəritədə
Demmin
Demmin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Demmin şəhəri Pin, Tuluz və Trabel çaylarının qovuşduğu yer olan Qərbi Pomeranya ovasında yerləşməkdədir. Kummeroş gölü və Ştetn körfəzindən kiçik gəmilərlə Pin çayından istifadə etməklə Demmin şəhərinə gəlmək mümkündür. Çayboyu ərazilərdə üzü şəhərə tərəf gələn kiçik velosiped çığırlarıda mövcuddur. Tuluz və Trabel çaylarınını qovuşduğu ərazi Axarsu torpaqları olaraq adlanır və turistlər tərəfindən tez-tez ziyarət edilən ərazilərdəndir.[1]

Şəhərin şimal hissəsində Drosdou və Volderforst meşələri yerləşir. Volderforst meşəsinin sahəsi 174 hektardır. 103 hektar ərazisi olan Kronvald Dövlət Qoruğuda şəhərin şimal hissəsində yerləşməkdədir. Pin çayının sol sahilində Devener Holz meşəlikləri, sağ sahilində isə Vorwerk Switzerland ərazisi yerləşməkdədir.

Etimologiya

Demmin sözünün etimologiyası ilə bağlı müxtəlif versiyalar mövcuddur. Adın slavyan dillərində işlədilən timänie sözündən yarandığı təmxin olunur ki, bu sözün tərcüməsi bataqlıq ərazisi deməkdir. Bir digər versiya qədim Polop dilində işlədilmiş dym sözüdür. Dym tüstü mənasını verir ki, bu da ərazidə məskunlaşdırılma işlərinin aparılması üçün meşəlik ərazinin yandırıldığına işarə edir.

Demmin şəhərinin 1758-ci ilə aid xəritəsi.

1075-ci ildə Bremenli Adamın Dimine qalası yaxınlığındakı döyüş barəsində məlumat vermişdir. Bu məlumat ərazinin XI əsrdə indiki adına bənzər bir adla adlandırıldığını göstərir. Müxtəlif vaxtlarda ad dəyişikliyinə məruz qalan Demmin almand dilli mənbələrdə daha çox DymineDimin formasında, latın dilli mənbələrdə isə DyminiumDemmyn formasında xatırlanmışdır. 1320-ci ildən etibarən şəhərin müasir adı olan Demmin kimi göstərildiyi məlumdur.

Demmin adı ilə bağlı geniş yayılmış, ancaq heç bir tarixi əsası olmayan bir digər fikirə əsasən iki şahzadə Haus Demmin adlı qalanın inşası üçün bir-birlərinə söz vermişdir. Alman dilində olan (alm. Dat Hus is din und min) - Bu qala sizin (din) və mənimdir (min) frazasında olan din və min birləşmələri zamanla Demmin formasına düşmüşdür.[2][3][4][5][6][7]

Tarix

Hanza ittifaqına daxil olmayan Demmin, ittifaqa daxil olan şəhərlərdən fərqli olaraq kənd təsərrüfatını inkişaf etdirməyə önəm verirdi. Otuzillik müharibə dövründə şəhər 1627-1630-cu illər aralığında imperiyal güclər tərəfindən işğal olunmuşdur.[8]

Veymar Respublikası dövründə Demmin, millətçi təşkilatlar DNVP və Stahlhelm'in əsas mərkəzlərindən hesab olunurdu. 1938-ci ilin 11 noyabr tarixində antisemitizm ruhlu mitinqlər şəhərin mərkəzi meydanında təşkil olnumuşdur.[9] 1933-cü ilin 5 martında keçirilmiş Almaniya daxili sonuncu azad seçki kompaniyası zamanı Nasional Sosialist Alman Fəhlə Partiyası səslərin 53.7% qazanınmışdır.[10]

İkinci dünya müharibəsi zamanı rus və polyak müharibə əsirləri ilə yanaşı FransaBelçikadan olan əsirlərdə şəhərin müxtəlif ərazilərində işlədilmişdir. Müharibənin sonlarına yaxın şəhərdən geri çəkilən alman birlikləri Peene çayı üzərində yerləşən körpüləri partlatmışdır. Sovet ordusu 1945-ci ilin 30 aprel tarixində Demmin şəhərinə çatdı.

Həmin gecə və növbəti günün axşamı Demmin və Greifswald kimi qonşu şəhərlərin əhaliləri müqavimət göstərmədən sovet birliklərinə təslim oldular. Sovet ordusunun şəhərə yaxınlaşması xəbəri yerli əhalinin təşvişinə səbəb oldu. Yerli əhali sovet ordularının işğal etdikləri ərazilərdə kütləvi talan və qətliamlar törətdiklərinə inanırdılar və təbliğatda bu istiqamətdə aparılmışdı. Min nəfərə yaxın Demmin sakini sovet ordusnun əlinə düşməmək üçün intihar etmişdir. Bu hadisə tarix ədəbiyyatlarında Demmində kütləvi intihar adlı ilə xatırlanır.[11]

Həmçinin bax

İstinadlar

  1. Georg Wagner, Nordkurier Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine dated 11 January 2011.
  2. "Temme, Jodocus Donatus Hubertus. 1840. Die Volkssagen von Pommern und Rügen. Berlin: Nicolaische Buchhandlung, p. 171". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-01.
  3. Ferrand, Eduard. 1845. "Norddeutsche Volkssagen." In Arthur Müller, Moderne Reliquien, vol. 2, pp. 329–360. Berlin: Adolf Gumprecht, p. 351.
  4. Schmidt, Th. 1865. Die Bedeutung der pommerischen Städtenamen: Jubelschrift zur fünf- und zwanzigjährigen Stiftungsfeier der Friedrich-Wilhelms-Schule in Stettin. Stettin: A. Rast, p. 9.
  5. Grässe, Johann Georg Theodor. 1871. Sagenbuch des preussischen Staats, vol. 2. Glogan: Verlag von Carl Flemming, p. 466.
  6. Knoop, D. 1891. "Allerhand Scherz, Neckereien, Reime und Erzählungen über pommersche Orte und ihre Bewohner." Baltische Studien 41: 99–203, p. 121.
  7. Eichblatt, Hermann: Sagen, Volksglaube und Bräuche aus Demmin und Umgebung. Demmin 1925, chapter 1.
  8. Langer, Herbert. Die Anfänge des Garnisionswesens in Pommern // Asmus, Ivo; Droste, Heiko; Olesen, Jens E. (redaktorlar ). Gemeinsame Bekannte: Schweden und Deutschland in der Frühen Neuzeit (German). Berlin-Hamburg-Münster: LIT Verlag. 2003. səh. 403. ISBN 3-8258-7150-9. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-01.
  9. Artikel Demmin in: Irene Diekmann (Hg.), Wegweiser durch das jüdische Mecklenburg-Vorpommern, Potsdam 1998, S. 99 ff, bes. S. 111 f
  10. Thomas Schreck: Echt deutsch und national - Die vorpommersche Kleinstadt Demmin im Jahr 1933, in: Zeitgeschichte regional 4/4 (2000), S. 14-23
  11. Buske, Norbert (Hg.): Das Kriegsende in Demmin 1945. Berichte Erinnerungen Dokumente (Landeszentrale für politische Bildung Mecklenburg-Vorpommern. Landeskundliche Hefte), Schwerin 1995, in German (The End of the War in Demmin 1945 - Reports, Reminiscences, Documents)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.