Demidovlar
Demidovlar (rus. Демидовы) — XVIII yüzildə, özəlliklə dəmir emalı və mədənçiliklə böyük sərvət qazanan, böyük sənayeçilər yetiştirmiş Rus soyu.
Demidovlar | |
---|---|
Titul | qraf |
Əcdadı | Nikita Demidov |
Mənşəyi | Tula |
Təbəəliyi | Rusiya imperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Soyun tarixi
Ailə sərvətinin təməli, 1702-ci ildə Demidov soyadını alan Tulalı dəmirci Nikita Demidoviç Antufyevə (1656–1725) dayanır. Öncələri silah emal edən Nikita Demidova, 1682–1725 arasında hökm sürən I Pyotr torpaq bağışladı və soyluluk unvanı verdi (1720). Demidov Tulada bir dəmir emalatxanası qurdu.
Nikitanın oğlu Akinfi Demidov (1678–1745) mal varlığını genişlədib başda Ural dağları olmaq üzərə çəşitli bölgələrdə qızıl, gümüş və mis mədənləri açaraq ona miras qalan sərvəti böyütdü. Mədən yataqlarında, fabriklərində və torpaqlarında 38.000 işçi (kölə və təhkimli kəndli) çalışdırarak atasının iş alanını Ural, Altay və Sibirə qədər genişlətdi. Nikita və Akinfinin çabaları sonucunda Demidovlar ailəsi, böyük mülklərin və şirkətlərin sahibi oldu. XVIII yüzyılın sonunda, Demidovlar ailəsinə aid 40-ı Ural bölgəsində olmaq üzərə 50-dən artıq dəmir-polad zavodu Rusiyadaki tökmə dəmir məhsulunun təqribən yüzdə 40-ını qarşılayırdı.
Demidovlar ailəsinin o biri üzvüləri sonraları insanı, sənati və elmləri qorumağa yönəlik ətkinliklərə girdilər. Akinfinin qardaşı oğlu Pavel Qrigoryeviç Demidov (1738–1821), ölkə içində uzun yolçuluqlara çıxdı və Rusiyadaki bilimsəl əğitimi dəstəkləyib qorumağa yönəldi. Bu amaçla 1805-ci ildə Yaroslavldaki Demidov Yaroslavl Hüquq Litseyinin (Demidov Hüquq məktəbi) qurulması için pul qaynağı ayırdı. Qardaşı oğlu qraf Nikolay Nikitiç Demidov da (1773–1828) özəlliklə Moskvadaki bilimsəl əğitimin gəlişməsinə qatqıda bulundu. Ayrıca Rusiyanı işgala qalxışan Napoleon Bonapart ordularına qarşı qoymaq amacıyla bir alay qurdu və başçısı oldu (1812); ailənin madən şirkətlərini də o idarə etdi. Nikolayın büyük oğlu Pavəl Nikolayəviç Demidov (1798–1840), Peterburq Elm və Sənət Akademiyasının hər il Rus ədəbiyatı dalında vərəcəyi bir ödülü təşkil etdi. Nikolayın küçük oğlu Anatoly, Nikolayəviç Demidov (1812–1870) isə bir çox yeri gəzdi və sənətçilərin öndə gələn qoruyucularından biri oldu. Uzun illər İtaliyada yaşayan Anatoli, Toscana şəhərinin principe di San Donato (Əziz Donato prinsi) ünvanını satın aldı. 1840-cı ildə Cerom Bonapartın qızı və I Napoléonun qardaşı qızı şahzadə Mathilda ilə evləndi.
XIX. yyda sarayla yakın ilişkiyə girdilər. XIX. yyda sanayi və toprak sərvətləri azaldıysa da ailə önəmini itirmədi.
"Sansi" almazı və Demidovlar
"Sansi" hind almazı Avropada hersiq Burqund Karla Smelovun talismanı olub. 1477-ci il, Nansi döyüşündə Karla Smelovun ordusu məğlub olur, hersoq öldürülür. Tarixdə almazın 1570-ci ildə markiz Sansinin əlinə keçdiyi yazılır. Markiz bu daşı çox sevir və ona öz adını verir. Sonralar markiz almazı başqasına hədiyyə edir. Hansı səbəbdən verdiyi bilinməsə də, sirli daşın ailəyə gələndən sonra ailə üzvlərinin yemək yeyə, yata bilmədiyi deyilir.
Sonradan lənətli daş necə olursa, Fransaya gəlib çıxır və tezliklə III Henrix öldürülür. Onun ardınca taxta çıxan IV Henrix ordunu saxlamaq üçün almazı satmağa qərar verir. Almazı gətirən adamı yolda öldürürlər. Almaz itir. Qiymətli daş sonradan ölünün qarnından tapılır. Bir neçə gün keçəndən sonra IV Henrixə hücum edib onu öldürürlər.
Beləcə, "Sansi" almazi gəlib çıxır Styuart sülaləsinə. Bu ailənin də faciəsindən sonra daş çatır Burbonovlara. Almaz öz sahibinə daim ölüm gətirir. Onun növbəti sahibi 16-cı Lyudovikin də ömrü çox çəkmir. Almaz hara düşürdüsə, su yerinə qan axırdı. Nəhayət, 1830-cu ildə Rusiyada Ural zavodlarının birinin sahibi Demidov almazı arvadı Karlovun qızı Avrora Şernvala verir. XIX əsrin yarısında bir neçə itki verəndən sonra Demidovlar almazı satır. Lakin kimə satdıqları haqqında dəqiq məlumat yoxdur. Sonralar almazı Riçard Bartonun sevimli arvadı Elizabet Teylora aldığı ehtimal olunur.
Ədəbiyyat
- "Русские люди" (изд. Вольфа, СПб., 1866, т. I);
- Шубинский, "Исторические очерки и рассказы" (СПб., 1892);
- "В память столетнего юбилея СПб. коммерческого училища", Комарова (СПб., 1872);
- "Биография Прокофия Акинфьевича Демидова" ("Всемир. иллюстрация", 1872, 208);
- "Родословная Демидовых и письма Прок. Акинф. Д." ("Русский архив" за 1873, № 11);
- Карнович, "Замечательные богатства частных лиц в России" (СПб., 1874);
- "Биография Павла Григорьевича Демидова", сост. Головщиковым (в "Ярослав. губ. ведомостях" за 1869 г., № 26 и 27);
- "Знаменитые из Демидовых" ("Перм. губ. вед." 1870 г. № 70);
- Дербянин, "Историческое описание горных дел в России";
- Герман, "Историч. обозрение Колывано-Воскресенских заводов";
- Свиньин, "Воспоминание о Ник. Ник. Д." ("Отеч. зап.", 1829 г., ч. 39);
- Muller, "Notice sur la vie politique et privée de Nic. Nik. D." (Пар., 1830);
- "Биография Павла Григ. Д." ("Ж. М. Н. П." 1822, ч. 1);
- "О ученой жизни и деятельности Павла Григ. Д." ("Моск. губ. вед." 1844, № 20);
- "Памяти Павла Павлов. Д. кн. Сан-Донато" (СПб., 1886);-->
- "Демидовы, основатели горного дела в России", Огаркова (СПб., 1891).
- Головщиков К. Д. "Род дворян Демидовых". Ярославль: Тип. Губ. правл., 1881. — 106 с.
- "Каменный пояс", Евгений Федоров, роман-трилогия.
- Ипполитова Г. Аврора Демидова — графиня Ногера. СПб., 2009.
- Ипполитова Г. А. Итальянская глава о Демидовых: Николай Никитич и сыновья. СПб., изд-во Президентской библиотеки им. Б.Н. Ельцина, 2013. — 109 с. с илл.
- Демидовский временник: Исторический альманах. Книга I, Книга II. Екатеринбург: Демидовский институт, 1994–2008.
- Юркин И.Н. Демидовы: Столетие побед. М., Молодая гвардия, 2012. — 447[1] с: ил. — (Жизнь замечательных людей: сер. биогр.; вып. 1410).
İstinadlar
Xarici keçidlər
- Поколенная роспись рода основателя Демидовского лицея П. Г. Демидова
- Демидова Н. Г. История династии // Международный Демидовский фонд Arxivləşdirilib 2009-12-27 at the Wayback Machine. (rus.) — 17. noyabr 2008.
- Наследие Демидовых Arxivləşdirilib 2007-12-16 at the Wayback Machine
- Новые данные о происхождении Демидовых
- Елена И. Краснова. Нисходящая мужская поколенная родословная уральских промышленников Демидовых
- Федоров, Евгений. Каменный пояс
- Демидовский институт. Научное и культурно-просветительское общественное учреждение.
- Vikianbarda Demidovlar ilə əlaqəli mediafayllar var.