Demi Mur

Demi Mur (ing. Demi Moore; 11 noyabr 1962) — ABŞ aktrisası, film rejissoru, prodüser, keçmiş bəstəkar və modeldir.

Demi Mur
ing. Demi Moore
Doğum adı Demetria Gene Guynes
Doğum tarixi
Doğum yeri Rozuell, Nyu-Meksiko, ABŞ
Vətəndaşlığı
Həyat yoldaşı

Freddy Moore (1980–1985) Bruce Willis (1987–2000)

Ashton Kutcher (2005–2013
Uşağı 4
Partnyorları
  • Emilio Estevez[d]
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 1981-ci ildən
IMDb ID0000193
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Demi Mur 11 noyabr 1962-ci ildə Roswell, New Mexico-da kasıb bir ailədə anadan olmuşdur. Bioloji atası Charles Harmon anası Virginianı Demi doğulmamışdan öncə, evliliklərinin ikinci ayında tərk etmişdir. O, üç yaşında olarkən anası Dan Guynes ilə evlənmiş və ailəsi ögey atasının işi ilə əlaqədar evlərini bir neçə dəfə dəyişdirmişdir. Demi hər zaman Danı öz atası kimi qəbul etmişdir. 16 yaşından məktəbi atmış, filmlərə çəkilməyə qərara gəlmişdi.

Seriallarda çəkilir. 1982-1983-cü illərdə narkotikaya qurşanır. 1985-ci ildə "St. Elmo's Fire" filminə çəkilişlər sayəsində narkotikadan asılılığından azad olur. 1990-cı illərdə "Ruh","A Few Good Men","Indecent Proposal","Striptease" filmləri ilə ən bahalı aktrisalar siyahısına düşür. 2003-cü ildə ən pis qadın aktrisası kimi "Qızıl moruq" antiprizinə layiq görülür.

Demi Mur 18 yaşında Freddi Mur, 1987-ci ildə Brüs Uillislə, 2005-ci ildə özündən 15 yaş kiçik olan Eşton Kutçer ilə ailə qurur. 2011-ci ilin noyabr ayında isə o, media vasitəsilə Eşton Kutçerlə evliliklərinin bitdiyini açıqlayır, lakin təzminat məsələsinə görə cütlüyün məhkəmə prosesi iki il ləngiyir. 2013-cü il noyabrın 27-də Cütlük rəsmən boşanmışdır.

Filmoqrafiya

  1. Ruh (film, 1990)
  2. Notrdam kilsəsinin qozbeli (cizgi filmi, 1996)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.