Delta Force
1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası-Delta (ing. 1st Special Forces Operational Detachment-Delta - 1st SFOD-D) geniş yayılmış adları ilə Delta , Delta Force və ya Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən Combat Applications Group (Mübarizə Tətbiqləri Qrupu) olaraq adlandırılan, elit Special Operations Force (SOF) (Xüsusi Əməliyyat Qüvvələri) və Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (JSOC) təşkilatını tamamlayan ünsürdür. ABŞ Ordusu - (US Army) ABŞ Hərbi Dəniz Qüvvələrindəki həmkarı, US Navy DEVGRU ilə birlikdə 2 birinci səviyyəli (Tier 1) antiterror və xüsusi missiyalar dəstəsidir. Delta Force ən yaxşı xüsusi operatorlardan və xüsusi olaraq hazırlanmış və diqqətlə seçilmiş ordunun əsgərlərindən ibarətdir. Delta Forcenin əsas vəzifəsi terrorla mübarizə, üsyan əleyhinə mübarizə aparmaq və milli vasitəçilik əməliyyatları olsa da, bu gizli missiyalar daxilində bir çox gizli tapşırıqları yerinə yetirən son dərəcə çevik bir təşkilatdır. Bu gizli tapşırıqlara girovları xilas etmək, basqın etmək və gizli düşmən qüvvələrini aradan qaldırmaq daxildir.
1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası-Delta Delta Force | |
---|---|
1st Special Forces Operational Detachment-Delta - 1st SFOD-D Delta Force | |
Növü | Xüsusi təyinatlılar |
Yaranma tarixi | 21 noyabr 1977 - aktiv şəkildə fəaliyyət göstərir |
Ölkə | ABŞ |
Daxildir | Amerika Birləşmiş Ştatları Quru Qoşunları[d] |
Hissə |
ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı ABŞ Ordusu Xüsusi Əməliyyatlar Komandanlığı |
Qərargah | Fort Bragg, Şimali Karolina ştatı |
Ləqəbi | Delta Force, Delta, CAG |
Müharibələr | Əfqanıstan müharibəsi, İraq müharibəsi |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Vyetnam müharibəsinə qədər ABŞ Xüsusi Qüvvələri ABŞ ordusunun Xüsusi Əməliyyat Qüvvələri, sadəcə olaraq qeyri-nizami döyüşlərə köklənmişdi, Vyetnam müharibəsindən sonra keçmiş Yaşıl Beret zabiti olan Charles Beckwith İngilis Xüsusi təyinatlıları olan SAS ilə ortaq bir əməliyyatdan geri qayıtdıqdan sonra komandirlərinə 22-ci SAS Birliyi kimi “Bizə yalnız Təlimçilər deyil (Qeyri-nizami müharibə ilə əlaqədar olaraq), həm də təcrübəçilər lazımdır” düşüncəsini təqdim etdi və daha elit antiterror və birbaşa əməliyyat qrupu olan Xüsusi Missiya Bölməsini - Delta Forceni qurdu. İlk bölmələr 1978-ci ildə yaradıldı. İlk əməliyyatları İranda girov saxlanılan diplomatları xilas etmək tapşırığı olan Qartalın Pəncəsi əməliyyatı idi. Bu əməliyyatlardakı çatışmazlıqlar əsasında hava dəstəyi üçün 160-cı Xüsusi Əməliyyat Aviasiya Polku yaradılmışdır.