Delfinlər
Delfinlər (lat. Delphinidae) və ya Yunisbalıqları[1] — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Delfinlər | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb.
|
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Ümumi
Delfinlər cəld və sürətlə üzürlər. Onlar inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbul etmə sistemlərinə malikdirlər. Diri bala doğurlar. Hamiləlik müddəti 10–18 ay arasında dəyişir. Dişi delfin adətən uzunluğu 50–60 sm olan bir bala doğur və balasının qayğısına həssaslıqla qalır. Onlar 20–30 ilə qədər yaşayırlar.
Delfinlər doğum anından etibarən balalarının qayğısına qalırlar. Doğuşdan əvvəl delfinin hərəkətləri yavaşıyır. Buna görə də digər dişi delfinlər doğuş zamanı ona kömək edirlər. Doğuşdan əvvəl ana delfini təhlükələrdən qorumaq üçün onun hər iki tərəfində üzür, bala dünyaya gəldikdə isə suyun üstünə çıxmasını və nəfəs almasını təmin edirlər.
İlk iki həftə bala anasının yanından ayrılmır. Qısa bir müddət sonra isə üzməyi öyrənir və yavaş-yavaş anasından uzaqlaşmağa başlayır. Amma dişi delfin balanın sürətli və çevik hərəkətləri ilə ayaqlaşıb onu lazımınca qoruya bilmədiyi üçün digər dişi delfin köməyə gəlir və balanı mükəmməl bir şəkildə qoruyur.
Delfinlər köpək balıqlarından xilas olmaq üçün dəstələr halında hərəkətə keçirlər. Onlardan biri və ya ikisi köpək balığının diqqətini cəlb etmək üçün kənardan üzür. Köpək balığı bu tələni izləmək üçün qayıdarkən digər delfinlər əks istiqamətdə hərəkət edir və güclü hücuma keçirlər. Biri digərinin arxasından sürətlə hücum edərək burunları ilə köpək balığının yanlarına vururlar. Bu, köpək balıqlarından qorunmaq üçün olduqca effektiv üsuldur, hətta bəzən bu yolla delfinlərin köpək balıqlarını öldürdükləri də olur.
İstinadlar
- Azleks. "yunisbalığı".