Dekorativ bitki

Dekorativ bitki və ya bəzək bitkisi – bəzək və dekorasiya məqsədilə yetişdirilən bitki növü. Dekorativ bitkilərinin əksəriyyəti tropik ölkələrin nümayəndələri olduğundan öz yaşadığı şəraitə uyğun olaraq qulluq edilir.

Qızılgül dibçəkdə.

Tarix

Bitkilərin dekorativ məqsədlərlə yetişdirilməsi qədim sivilizasiyalarda ilk dəfə e.ə. 2000-ci ildə başlayıb. Qədim Misirdə Amon fironları dekorativ bitkilərin yetişdirilməsi üçün böyük ərazilər ayırırdılar.[1]

Xüsusiyyətlər

Dekorativ bitkilərə bəzən otaq bitkisi də deyilir. Belə bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Bu bitkilər dərman kimi də istifadə olunur. Dekorativ bitkilərin 2 növü var: çöldə istifadə olunan və evdə istifadə olunan dekorativ bitki. Çöl dekorativ bitkiləri daha dözümlü olur. Buna görə də çöldə istifadə olunan dekorativ bitkilər daha fərqli xüsusiyyətlərə malikdir.[2] Evdə istifadə olunan dekorativ bitkilərə sansevyera, kaktus, diffenbaxiya, sülh zanbağı, anturium, əsl əzvay, puansettiya, kinkan kimi bitki növləri daxildir.[3]

Qalereya

İstinadlar

  1. "Ornamental Plants: Home page". www.ndsu.edu. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.
  2. "Süs Bitkileri Nelerdir? İsimleri Ve Özellikleri İle İç Mekan Bitki Çeşitleri". Milliyet. 1 aprel 2021. 29 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2022.
  3. "İç mekan süs bitkileri nelerdir? İç mekan süs bitkilerinin isimleri ve özellikleri". 12 yanvar 2022. 29 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.