Dekapolis

Dekapolis (fr. Décapole, alm. Zehnstädtebund) 1354-cü ildə Müqəddəs Roma İmperiyasının Elzas regionundakı on Azad İmperiya şəhəri tərəfindən öz hüquqlarını qorumaq üçün yaradılmış ittifaq idi. 1679-cu ildə ləğv edildi.

Kolmar Aqno Kaysersberq Müluz Münster
Obernay Roshaym Şlettştadt Türkhaym Visambur

1354-cü ildə imperator IV Karl Kolmar, Aqno, Kaysersberq, Landau, Mülhauzen, Münster im Elzas, Oberenhaym, Roshaym, Şlettştadt, TürkhaymVayşenburq şəhərlərini birləşdirən müqaviləni ratifikasiya etdi.[1] Aqno onun paytaxtı oldu, görüşlərin keçirildiyi Strasburq şəhəri isə ittifaqdan kənarda qaldı. Seltz şəhəri 1357-ci ildə Birbaşa İmperiya şəhəri status aldıqda liqaya qoşuldu, lakin 1414-cü ildə Pfals kürfürstlüyünə daxil eildikdən sonra onu tərk etməli oldu.

1378-ci ildə Karlın ölümündən sonra ittifaq dayandırıldı, lakin növbəti ildə yenidən quruldu. On şəhər 1500-cü ildə Yuxarı Reyn dairəsinə qoşuldu. 1515-ci ildə Mülhauzen Qədim İsveçrə İttifaqı ilə birləşmək üçün ittifaqdan çıxdı. 1521-ci ildə Elzasın şimalındakı Landau şəhəri ilə əvəz olundu.[1]

İttifaq, bölgəni dağıdan Otuzillik Müharibə ilə güclü sarsıldı. Bu da 1648-ci il Vestfaliya sülhünə əsasən, Fransa kralı XIV Lüdovikə şəhərləri fəth etməyə imkan verdi. 1679-cu ildə Nimvegen müqavilələrinin imzalanması ilə nəhayət, Elzas Fransa tərəfindən ilhaq edildi və ittifaq dağıldı. Müluz 1798-ci ildə Birinci Fransa Respublikasına birləşdirilənə qədər İsveçrə Konfederasiyasının müstəqil şəhəri və eksklavı olaraq qaldı. Landau Pfals ilə birlikdə 1815-ci il Vyana Konqresindən sonra Bavariyaya verildi.

İstinadlar

  1. G. Köbler, Historisches Lexikon der deutschen Länder, 7-ci nəşr, C. H. Beck, Munich, 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.