Dei Linçei Akademiyası
Dei Linçei Akademiyası (it. Accademia Nazionale dei Lincei, çox vaxt qısa şəkildə Accademia dei Lincei, yaxuq "Vaşaqgözlülər Akademiyası") — İtaliyanın ən qədim elmlər akademiyası. Romada, Korsini palazzoda yerləşir.
Dei Linçei Akademiyası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1603[1] |
Sayt | lincei.it/it |
Vikianbarda əlaqəli mediafayllar |
Akademiklər özlərini "vaşaqgözlü" (lincei) adlandırır. Elmi idrak üçün vacib olan itigözlülük xüsusən vaşaqa (it. lince, lat. lynx) — vəhşi meşə pişiyinə xas olduğu üçün özlərini belə adlandırırlar. Bu təşbeh Yunan mifologiyasında arqonavtların öncəgörəni kimi tanınmış Linkeyin itigözlülüyünə işarə olan "Linkey gözləri" ifadəsindən formalaşmışdır.
İtaliyanın ən qədim akademiyası olan Dei Linçei akademiyası 1603-cü ildə Federiko Çezi tərəfindən yaradılmışdır və üç yüz il ərzində İtaliya elminin intelektual məkrəzi olmuşdur. İlk dövrlərdə akademiyanın cəmi dörd üzvü var idi. Akademiyanın altıncı və daha nüfuzlu üzvü 1611-ci ildə seçilmiş Qaliley oldu. Qraf Çezinin vəfatından sonra akademiyanın fəaliyyəti zəiflədi. Bu dövrdə akademiyanın sonuncu nəşri 1651-ci ildə işıq üzü gördü.
XIX əsrin ortalarında kilsə və hakimiyyət akademiyanın fəaliyyətini bərpa etmək məsələsini qaldırdılar. 1847-ci ildə Vatikanda Papa elmlər akademiyası yaradıldı və onun üzvləri özlərini "yeni vaşaqgözlülər" (Nuovi Linçei) adlandırdılar. İtaliyanın birləşdirilməsindən sonra kral II Viktor Emmanuil 1871-ci ildə dei Linçei Akademiyasının milli elmlər akademiyası kimi fəaliyyət göstərməsi üçün qərar qəbul etdi.
Mussolininin hakimiyyəti zamanı akademiya İtaliya Kral Akademiyasının tərkibinə daxil edildi. İkinci Dünya Müharibəsindən sonra Benedetto Kroçenin tələbinə əsasən akademiyanın əvvəlki statusu qaytarıldı.