Dehqan

Dehqan - Antik və Erkən orta əsrlər dövründə mövcud olmuş ictimai təbəqə.

Bu ictimai təbəqə Sasanilər sülaləsinin hakimiyyəti dövründə böyük rol oynamışdır. Dehqan təbəqəsi haqqında bir sıra mülahizələr irəli sürülmüşdür. M.Ravəndi bu haqda yazır ki, əyanların ən aşağı təbəqəsini təşkil edən dehqanla öz malikanələrində yaşayırdılar. Onlar ancaq tərbiyə və geyim nöqteyi-nəzərdən əkinçilərdən fərqlənirdilər.

Sasanilərin hakimiyyətinin son dövründə geniş yayılmış dehqan termini ərəblərin hakimiyyəti dövründə də işlədilirdi. Bu nəsildən olan bir sıra əyalətlərin əyanları və siyasi xadimlər dehqan nəslindən olduqlarına görə fəxr edirdilər. Digər tərəfdən həmin termini ərəblərdən fərqlənmək üçün əsilzadəliyə nişanə kimi saxlayırdılar. Şərik adlanan mahal hakimləri də dehqanlardan təyin olunurdu.

Ərəb işğalları dövründə incidilməyən yeganə silk dehqanlar idi. Ərəblər xəracın tolanmasında onların gücündən istafadə edirdilər.

Dehqanların qara camaatdan fərqləndiyini göstərən M.Ravəndi yazır ki, onlar gözəl paltar geyir, silah gəzdirir və ata minirdilər. Dehqanların qadınlarına gəldikdə onlar ipək paltar geyir və üzlərini örtürdülər. Onlar ova çıxır, ox atma və qılınc oynatma öyrənirdilər.

Abdulla Fazili isə qeyd edir ki, dehqan ictimai və inzibati termindir.Bu termin əvvəlcə kəzək-xozak formasında işlənmiş, sonra isə dehkan (dehqan) şəklini almışdır ki, bu da "deh" (kənd) və "kan" (başçı) sözlərindən olubkəndin başçısı anlamını daşıyır. Belə ki, o öldükdə ona məxsus kəndi oğlu idarə edirdi.

Dehqanlar istər Sasanilər dövlətində, istərsə də Atropatenada mövcud dövlət quruluşunun özəyini təşkil edirdilər. Məsudinin yazdığına görə dehqanlar beş təbəqəyə bölünürdü. Hər təbəqənin özünə məxsus geyim forması olurdu.

"Məcməlül təvarix"də deyilir ki, dehqan torpaq sahibi və kənd başçısına dövlət tərəfindən verilmişrütbə olmuşdur. Təbərinin yazdığına görə dehqanlara irsən çatan torpaq sahəsi çox az olduğuna görə onlar kəndlilərdən demək olar ki, fərqlənmirdilər. Buna baxmayaraq dehqan öz kəndinin birinci dərəcəli əkinçisi hesab edilirdi.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.